Icma.az
close
up
RU
Ordu hazır vəziyyətə gətirildi Türk ölkəsi Rusiyadan gözlənilən hücumla bağlı hərəkətə keçdi

Ordu hazır vəziyyətə gətirildi Türk ölkəsi Rusiyadan gözlənilən hücumla bağlı hərəkətə keçdi

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstanla Rusiya arasında gərginlik artır. Moskva uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir. Şimali Qazaxıstanla bağlı səsləndirilən “tarixi Rusiya torpaqları” ritorikası, Putinin Tokayevə yönəlik “xilas etdik” açıqlaması və Rusiya mediasında yayılan mesajlar Kremldən Astanaya açıq siqnal kimi qiymətləndirilir. Siyasi müşahidəçilər prosesin Ukrayna ssenarisini xatırlatdığını və bölgədə yeni bir münaqişənin alovlana biləcəyini istisna etmir.

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son vaxtlar Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə gərginlik həndəsi silsilə ilə artır.

Onun fikrincə, bu, əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəsinin milli maraqlarını maksimum qoruyaraq müstəqil siyasət yürütmək səyləri ilə bağlıdır:

“Hazırda Qazaxıstan Rusiyadan daha çox Çinlə, xüsusilə iqtisadi sahədə sıx əlaqələr qurur və bu istiqamətdə addımlar atılır. Lakin Moskvanın bu inkişaflara qısqanclıq və bəzən təhdidkar reaksiyası gözə çarpır. Qazaxıstan və Rusiya mətbuatında tez-tez belə fikirlər səslənir ki, vaxtilə Putin Şərqi Ukraynanın Rusiyaya, Qazaxıstanın şimal hissəsinin isə oxşar aqibətə məhkum olduğunu bildirmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, şərq ərazilərini zəbt etməsi və Krımın ilhaqı bu iddiaları daha da qüvvətləndirir. Bundan əlavə, 1922-ci ildə SSRİ yaradılan zaman Rusiyanın Qazaxıstana beş ərazi verməsi və bunun nəticəsində Qazaxıstan SSR-inin formalaşması barədə geniş yayılan fikirlər də tarixi yanlışlıqlarla doludur. Rusiya siyasi rəhbərliyinin Qazaxıstanın qədim dövlətçilik tarixinin olmadığını, dövlətçiliyin yalnız Qızıl Orda dövründən başladığını deməsi də bu yanaşmanı gücləndirir”.

Deputat deyib ki, səsləndirilən fikirlər fonunda rəsmi Moskvanın Qazaxıstanla bağlı siyasətində ciddi siyasi və hərbi təbəbatların ola biləcəyi düşünülür:

Həmçinin oxuyun:

Əliyevdən Kremli sarsıdan CAVAB: Moskva Xəzərdə Bakıya qarşı hərəkətə keçdi

Elman Nəsirov

“2022-ci ildə Qazaxıstanda yaranan gərgin vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Tokayevin xahişi ilə ölkəyə daxil olması da bu kontekstdə dəyərləndirilir. Lakin Rusiya bu hadisəni öz maraqlarına uyğun təqdim edir, guya Qazaxıstan hakimiyyətini “xilas edib”. Tokayevin isə fikri başqadır, o bunu rədd edir və yardımın KTMT çərçivəsində, ümumi dəstək kimi qiymətləndirilməsini istəyir. Tokayev açıq şəkildə Rusiyanın ilhaq etdiyi əraziləri Rusiya torpağı saymadığını bildirərək, müstəqil və milli maraqları qoruyan siyasət yürütür. Bu da Moskva tərəfindən qəbul edilmir və belə yanaşmalar həzm olunmur. Buna görə də Qazaxıstanla Rusiya arasındakı təzyiqlərin artması və bu təzyiqlərin hərbi təbəqəyə keçməsi ehtimalı mövcuddur. Bu reallıqların fonunda Qazaxıstan ordusunun gücləndirilməsi üçün ciddi tədbirlər görülür və döyüşə hazırlıq səviyyəsi yüksəldilir. Qazaxıstan həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür və Türkiyə, eləcə də digər üzv dövlətlərlə strateji əhəmiyyətli əlaqələrə malikdir”.

Elman Nəsirov Rusiyanın problemlər yaşadığını qeyd edib:

Rusiya artıq Ukrayna müharibəsində ciddi problemlər və böyük itkilərlə üzləşib. O, həm iqtisadi, həm də insan resursları baxımından zəifləyib. Belə vəziyyətdə Moskvanın yeni cəbhə açması ehtimalı zəifdir. Amma yenə də Rusiyanın Qazaxıstanın müstəqil siyasətini zəiflətmək üçün siyasi, diplomatik və lazım gəldikdə hərbi təzyiq mexanizmlərini işə salması gözləniləndir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri