Icma.az
close
up
RU
Orduda bu məsələyə yenidən baxılmalıdır Deputatdan TƏKLİF

Orduda bu məsələyə yenidən baxılmalıdır Deputatdan TƏKLİF

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Milli Məclisin plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov çıxış edərək hərbi sahədəki islahatlar üzrə vacib məqamlara diqqət çəkib.

"Yeni Sabah" xəbər verir ki, S.Novruzov bildirib ki, bu cür qanun layihələrinin qəbul olunması ordumuzun güclənməsinə və onun intellektual səviyyəsinin artmasına xidmət edir. Deputat vurğulayıb ki, yüksək intellektual səviyyəyə malik ordunun gücü texnologiyaların idarə edilməsində və strateji məsələlərin həllində digər ordularla müqayisədə daha üstündür. O, 44 günlük Vətən müharibəsində və suverenliyin bərpasında qəhrəman Azərbaycan əsgərinin rolunu xüsusi qeyd edərək, texnologiyadan asılı olmayaraq ordu quruculuğunda əsas amilin məhz insan faktoru olduğunu, bu səbəbdən kadrların hazırlanması, təlimlər və rütbələrin verilmsi prosesinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Hərbçilərin çağırışçı və müqaviləli olaraq iki ana kateqoriyaya bölündüyünü xatırladan parlamentari təklif olunan dəyişikliklərin əsasən çağırış əsasında xidmət edənlərə şamil olunduğunu, müqavilə ilə çalışanların əməkhaqqı və xidmət şərtlərinin isə öz müqavilələrində tənzimləndiyini qeyd edib. Toyuqlu pizza

Deputat, həmçinin magistratura və doktorantura kimi təhsil pillələrinin ordu ilə əlaqəsinin nəzərə alınmasının vacibliyini müdafiə edib. O diqqətə çatdırıb ki, filologiya və ya fəlsəfə kimi sahələrlə müqayisədə riyaziyyat, fizika, kimya və coğrafiya kimi ixtisaslar hərbi texnikanın tətbiqi və ordunun gələcək inkişafı üçün daha böyük əhəmiyyət daşıyır, bu səbəbdən sistemə daxil ediləcək ixtisaslar dəqiq tənzimlənməlidir.

Siyavuş Novruzov çıxışının sonunda hərbi xidmətkeçmə qaydalarını müəyyən edən normativ sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını təklif edib. O, Vətən müharibəsindən sonra yaranan yeni reallıqları nəzərə alaraq, hərbi xidmətin bütün istiqamətlərini əhatə edən tamamilə yeni və kompleks qanun layihəsinin hazırlanmasının vacibliyini vurğulayıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri