Icma.az
close
up
RU
Ordumuz İrəvanın oyununu belə pozdu Sərhəddə yeni hazırlıq

Ordumuz İrəvanın oyununu belə pozdu Sərhəddə yeni hazırlıq

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Azərbaycan-Ermənistan sərhədində atəşkəsin intensiv şəkildə pozulması diqqət çəkir. Paralel olaraq Ermənistan ordusunun mövqelərinin gücləndirildiyi və qazıntı işlərinin aparıldığı əks olunan peyk görüntülərinin yayılması da narahatlıq doğurur.

Eyni zamanda İrəvanın xaricdən silah tədarükünü artırması və ehtiyatda olan hərbçilərin aprel-iyun aylarında toplanışının həyata keçirilməsi də yeni müharibə hazırlığı ilə bağlı iddiaları gücləndirir.

Sülh danışıqlarında irəliləyişin əldə olunmasına baxmayaraq, yaxın zamanda sərhəddəki gərginlik eskalasiyaya çevrilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin fəaliyyəti nizamnaməyə uyğun deyil:

“Yumşaq desək, özlərini necə apardıqlarını göstərən təkzibolunmaz sübutlar, o cümlədən foto və video görüntülər var. Belə ki, erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək provokativ davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz Ermənistan-Azərbaycan şərti sərhədində Avropa İttifaqının (Aİ) müşahidəçi missiyasının olmasını gözləyərək edir.

Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdirərək təxribatlara boyun əymir və düşmənin bu psixoloji oyunlarına hələ də əhəmiyyət vermir.

Hazırda geosiyasi proseslər birmənalı olaraq Ermənistanın əleyhinədir, Azərbaycanın mövqeləri isə getdikcə daha da güclənir. İrəvan da başa düşür ki, belə davam edəcəyi təqdirdə uzaq perspektivə hesablanan hədəflərinin reallaşması, yəni revanşist niyyətlərinin həyata keçirilməsi üçün uyğun geosiyasi zəminin formalaşmasına qədər sülh prossini yubada bilməyəcək”.


Əli Zülfüqaroğlu

O bildirib ki, hazırda ABŞ-la Avropa İttifaqı arasında ziddiyyətlər daha da dərinləşir:

“Bu isə Fransanın Ermənistana dəstək siyasətini arxa plana keçirir. Yəni Fransa hökumətinin özü ciddi problemlərlə üz-üzə qalacaq. ABŞ-ın keçmiş prezidenti Co Baydendən fərqli olaraq Donald Trampın İrəvana dəstək verəcəyi də gözlənilmir. Bu proseslər isə İrəvanda ciddi narahatlıq yaradır. Ermənistanın Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur.

Buna görə də xüsusilə Avropa İttifaqının müşahidə missiyası adı altında kəşfiyyat qrupunun bölgədə qalmasına çalışır və yenidən diqqəti regiona cəlb etmək üçün təxribatlara əl atır. Məqsəd Azərbaycan ordusunu təxribata çəkmək və beləliklə də iddialarına “əsaslar” yaratmaqdır. Amma Ermənistanın ənənvi üslubda törətdiyi təxribatlar heç bir effekt verməyəcək. Rəsmi Bakı prosesi dəqiqliklə müşahidə edir, hesablayır və adekvat addımlar atır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri