Icma.az
close
up
RU
Sərhəddə gərginlik artdı İrəvanın məqsədi nədir?

Sərhəddə gərginlik artdı İrəvanın məqsədi nədir?

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Mart ayında Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı hücum və təxribatlarının intensivliyi artıb. Cəbhə bölgəsində atəşkəsin mütəmadi pozulması, sərhəd xəttində gərginliyin yüksəlməsi bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir. Azərbaycan Ordusu bu təxribatlara adekvat cavab verərək suverenliyini və ərazi bütövlüyünü qorumaqda davam edir. Bəs Ermənistan nə istəyir? Müharibə üçün hər iki tərəf nə dərəcədə hazırdır?

Hərbi ekspert Ramil Məmmədli Metbuat.az-a açıqlamasında bildirib ki, 2024 və 2025-ci ilin aprel ayına qədər olan dövrü təhlil etdikdə “yumşaq güc” dövrü kimi xarakterizə etmək məcburiyyətindəyik. Çünki hər iki tərəf, yəni həm Ermənistan, həm də Azərbaycan, öz hərbi imkanlarını gücləndirmək üçün müəyyən addımlar atıb.

Ekspert Ermənistanın bu istiqamətdəki addımlarının daha gözəçarpan olduğunu söyləyib:

“Belə ki, Ermənistan ötən dövr ərzində xarici ölkələrdən müxtəlif təyinatlı, müxtəlif texniki göstəriciləri olan silah və texnikalar alıb ki, bunların da böyük əksəriyyəti hücum təyinatlı olması ilə fərqlənir. Əlbəttə, Ermənistanın sülh müqaviləsini imzalamaqdan yayınması və qısa zamanda Cənubi Qafqazda, xüsusən Azərbaycan və Ermənistan arasında stabilliyin bərqərar olması, regional iqtisadi layihələrdə birgə iştirak kimi məsələləri gecikdirməsi arzuolunan deyil. Bunun səbəblərindən biri də Ermənistanın, yəni rəsmi İrəvanın siyasi iradə nümayiş etdirə bilməməsi və yalnız öz qərarları ilə çıxış edə bilməməsidir. Təbii ki, bunun müəyyən səbəbləri var. Bunlardan biri və ən əsası isə 44 günlük müharibədən sonra, xüsusilə 2020-ci ildən etibarən regiona yeni xarici qüvvələrin cəlb olunmasıdır. Bu qüvvələrin maraqlarının təmin olunması ilə bağlı paralel proseslər gedir”.

R.Məmmədli hesab edir ki, Ermənistan maksimum şəkildə dividend əldə etmək istəyir:

“Şərti sərhəd bölgəsində itirdiyi Azərbaycana məxsus olan, lakin nəzarətində saxladığı strateji və taktiki məntəqələri müxtəlif dövrlərdə yenidən geri qaytarmağa cəhd edib, lakin bu, alınmayıb. Əlbəttə ki, müharibə və müharibəyə hazırlıq məsələsi bir qədər mübahisəli mövzudur. Azərbaycanın iqtisadi imkanları, maliyyə potensialı və texniki imkanları Ermənistandan qat-qat üstündür. Əgər yenidən hansısa bir qarşıdurma baş verərsə, Ermənistan bu təzyiqə dözə bilməyəcək və əks-həmlə tədbirləri qarşısında mövqelərini daha da itirmək məcburiyyətində qalacaq. Ümumilikdə, müharibənin gətirdiyi fəsadların hansı formada öz həllini tapacağı məsələsindən artıq beş ilə yaxın bir müddət keçib. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması və bölgədə regional layihələrə start verilməsi vaxtı çatıb. Ermənistanın qeyri-müəyyən və ziddiyyətli addımları isə vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Aprel 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri