Icma.az
close
up
RU
Ordumuz müstəqilliyimizin təminatçısıdır ŞƏRH

Ordumuz müstəqilliyimizin təminatçısıdır ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Artıq altı ildir ki, Azərbaycan xalqı 26 İyun – Silahlı Qüvvələr Gününü qalib dövlətin və qalib xalqın nümayəndələri kimi xüsusi qürur və təntənə ilə qeyd edir. Hamıya məlumdur ki, müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Məhz Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonra ölkədə milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirilməyə başlanıldı. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Həmin dövrün reallıqlarını nəzərə aldıqda, Sovet İttifaqının ən güclü zamanlarında Azərbaycanda milli hərbi təhsil müəssisəsinin açılmasına nail olmağın nə qədər mürəkkəb və məsuliyyətli bir qərar olduğunu daha aydın görmək mümkündür. Bu uzaqgörən addım sonralar müstəqil Azərbaycanın ordu quruculuğu prosesində mühüm rol oynadı. Müstəqilliyin bərpasından sonra Cəmşid Naxçıvanski adına Hərbi Məktəb milli ordumuz üçün peşəkar zabitlərin hazırlanmasında əsas mərkəzlərdən birinə çevrildi. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda müasir ordu quruculuğunun təməl prinsipləri və mühüm mərhələləri məhz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

1993-cü ildə ölkədə yaranmış ağır siyasi vəziyyət fonunda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, güclü ordunun formalaşdırılmasını da prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. Onun rəhbərliyi altında Silahlı Qüvvələrin yenidən təşkili istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Qısa müddətdə hərbi hissələrin komplektləşdirilməsi, müxtəlif qoşun növlərinin yaradılması və ordunun hüquqi əsaslarının formalaşdırılması təmin edildi. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün ölkəmizdə hər il dövlət səviyyəsində qeyd olunur. Bu gün Azərbaycan Ordusu keçdiyi şərəfli inkişaf yolu nəticəsində regionun ən qüdrətli və peşəkar silahlı qüvvələrindən birinə çevrilib.

2003-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi və yeni mərhələyə yüksəldildi. Dövlət başçısının xüsusi diqqəti nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirildi, hərbi qulluqçuların sosial müdafiəsi yaxşılaşdırıldı, döyüş hazırlığı və peşəkarlıq səviyyəsi daha da artırıldı. Ordunun müasir silah və texnika ilə təchiz olunması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan hərbi sənaye kompleksi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynamağa başladı. Hazırda Azərbaycanda minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və bu məhsullar beynəlxalq sərgilərdə nümayiş etdirilərək yüksək qiymətləndirilir. Bu nailiyyətlər ölkəmizə müdafiə ehtiyaclarını daha etibarlı şəkildə təmin etmək imkanı yaradıb.

Azərbaycan Ordusunun gücü ilk dəfə geniş şəkildə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən ciddi itkilərə məruz qaldı və işğal altında olan torpaqlarımızın bir hissəsi azad edildi. Füzuli, Cəbrayıl və Tərtər istiqamətlərində əldə edilən uğurlar Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. İki il sonra, 2018-ci ilin may ayında Naxçıvan istiqamətində əldə edilən Günnüt zəfəri də ordumuzun növbəti mühüm uğuru kimi tarixə yazıldı.

Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixinin zirvə nöqtəsi isə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Ordusu 44 gün ərzində düşməni məğlub edərək tarixi Zəfər qazandı. İşğal altındakı torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici nəticələr əldə olundu. Bundan üç il sonra keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi tam şəkildə təmin edildi. Ordumuzun qəhrəman əsgər və zabitlərinin göstərdiyi igidlik, şəhidlərimizin misilsiz fədakarlığı sayəsində xalqımızın ən böyük arzusu reallığa çevrildi. Bu şanlı qələbələr Azərbaycan hərb tarixinin qızıl səhifələrinə çevrilərək xalqımızın qürur mənbəyi oldu və bütün dünyaya güclü, peşəkar və qalib Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri