Icma.az
close
up
RU
Ordumuz dövlətimizin simvoludur ŞƏRH

Ordumuz dövlətimizin simvoludur ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dünyanın geosiyasi reallıqları göstərir ki, dövlətlərin beynəlxalq nüfuzu artıq təkcə iqtisadi inkişaf səviyyəsi və ya diplomatik münasibətlərinin genişliyi ilə müəyyən olunmur. Bu gün öz milli maraqlarını qətiyyətlə qoruyan, təhlükəsizlik sahəsində etibarlı mövqe nümayiş etdirən və regional proseslərin istiqamətinə təsir göstərən ölkələr daha böyük siyasi çəkiyə malikdirlər. Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər də bu həqiqətin ən parlaq təzahürlərindən biridir. Ölkəmiz hazırda yalnız enerji layihələri, iqtisadi uğurları və beynəlxalq təşəbbüsləri ilə deyil, həm də güclü ordusu və tam təmin olunmuş suverenliyi ilə dünya miqyasında diqqət çəkir.

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi əhəmiyyətə malik günlər sırasındadır. Bu tarix artıq yalnız ordunun yaradılması ilə bağlı əlamətdar gün kimi deyil, həm də müstəqilliyin, təhlükəsizliyin və dövlət gücünün rəmzi kimi qəbul edilir. Azərbaycanın qazandığı uğurlar göstərir ki, güclü dövlət anlayışının əsasında iqtisadi inkişaf, xalqın dövlət ətrafında birliyi və qüdrətli ordu dayanır. Məhz bu amillərin vəhdəti ölkəmizin qarşılaşdığı mürəkkəb geosiyasi çağırışları uğurla dəf etməsinə imkan yaradıb.

Ümummilli Lider Heydər Əliyev ordu quruculuğunu hər zaman dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edib. Onun “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır” fikri bu gün də öz aktuallığını qorumaqdadır. Bu yanaşma sadəcə siyasi mövqe deyil, müasir Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasının mühüm tərkib hissəsi idi. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə peşəkar və nizami ordu quruculuğunun əsası qoyuldu, milli hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atıldı və gələcək qələbələrin təməli formalaşdırıldı.

Tarix sübut edir ki, gücsüz dövlətlər beynəlxalq proseslərin təsiri altında qalırlar, güclü dövlətlər isə həmin proseslərə istiqamət verirlər. Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində uzun illər aparılan danışıqların nəticəsiz qalması, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra olunmaması və işğal faktının davam etməsi göstərirdi ki, beynəlxalq münasibətlərdə hüquqla yanaşı güc amili də mühüm rol oynayır. Azərbaycan məhz bu reallığı düzgün qiymətləndirərək öz müdafiə potensialını gücləndirmək yolunu seçdi.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində ordu quruculuğu dövlətin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Müdafiə sənayesinin inkişafı, hərbi büdcənin artırılması, müasir silah və texnikaların alınması, peşəkar hərbi hazırlığın gücləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi Azərbaycan Ordusunu yeni inkişaf mərhələsinə çıxardı. Prezident İlham Əliyevin vurğuladığı kimi, ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həyata keçirilən bu siyasət nəticəsində regionda qüvvələr nisbəti əhəmiyyətli dərəcədə dəyişdi.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri oldu. Bu müharibə yalnız hərbi əməliyyatlarla məhdudlaşmadı, eyni zamanda Cənubi Qafqazın siyasi reallıqlarını dəyişdirdi. Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı möhtəşəm Zəfər nəticəsində işğala son qoyuldu, uzun illər davam edən status-kvo aradan qaldırıldı və beynəlxalq hüququn tələbləri təmin edildi. Dünya bir daha şahid oldu ki, milli maraqlarını qorumaq gücünə malik olan dövlətlər geosiyasi proseslərin gedişinə təsir edə bilirlər.

Müharibədən sonra yaranmış yeni reallıqlar artıq Azərbaycanın müəyyən etdiyi siyasi çərçivələr əsasında formalaşmağa başladı. Uzun illər işğal siyasətindən faydalanmağa çalışan Ermənistan regionda yaranmış yeni vəziyyəti qəbul etmək məcburiyyətində qaldı. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın dövlət suverenliyinin tam bərpasını təmin etdi. Qısa müddətdə həyata keçirilən əməliyyat nəticəsində separatizmə son qoyuldu, konstitusiya quruluşu bərpa edildi və dövlət hakimiyyəti ölkənin bütün ərazilərində təmin olundu. Bu hadisə həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, 2020-ci ildə başlanan tarixi proses 2023-cü ildə öz yekun nəticəsinə çatdı.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri həmin tarixi qələbələrin real nəticələridir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələri salınır, şəhərlər müasir standartlara uyğun şəkildə qurulur və Böyük Qayıdış proqramı uğurla icra olunur.

Azərbaycanın bugünkü qüdrəti yalnız hərbi sahə ilə məhdudlaşmır. Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və beynəlxalq əməkdaşlıq platformalarında mühüm rol oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz layihəsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirir. Bütün bu uğurların əsasında isə güclü dövlət və etibarlı təhlükəsizlik sistemi dayanır.

Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc və siyasi nüfuz bir-birini tamamlayan anlayışlardır. Azərbaycanın bu gün beynəlxalq təşkilatlarda, qlobal enerji layihələrində, nəqliyyat marşrutlarında və regional təhlükəsizlik məsələlərində mühüm mövqe tutmasının əsas səbəblərindən biri də məhz güclü müdafiə potensialıdır. Ölkəmiz artıq təhlükəsizliyə ehtiyac duyan deyil, təhlükəsizlik yaradan dövlətlər sırasında yer alır.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr və formalaşan yeni əməkdaşlıq platformaları göstərir ki, Qarabağ Zəfəri yalnız ərazi bütövlüyünün bərpası ilə nəticələnməyib. Bu qələbə eyni zamanda ölkəmizi regionun gələcək inkişafını müəyyən edən əsas siyasi aktorlardan birinə çevirib. Bu gün Cənubi Qafqazda baş verən hər bir mühüm prosesdə Azərbaycanın mövqeyi nəzərə alınır və bu, ölkəmizin artan siyasi, hərbi və diplomatik nüfuzunun göstəricisidir.

2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Bu sənəd iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərini daha da möhkəmləndirdi və regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynadı. Azərbaycan Ordusunun Türkiyə modeli əsasında təkmilləşdirilməsi, komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyəti və birgə hərbi təlimlər gələcəyin çağırışlarına uyğun təhlükəsizlik sisteminin formalaşdırılmasına xidmət edir.

Bu gün Azərbaycan artıq keçmişin çətinlikləri ilə üzləşən ölkə deyil. Bu gün Azərbaycan öz milli maraqlarını qətiyyətlə müdafiə edən, regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü dövlətdir. Bu gücün əsasını xalqın iradəsi, uzaqgörən siyasi rəhbərlik və qalib Azərbaycan Ordusu təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Son illərdə qazanılmış bütün tarixi uğurların mərkəzində məhz bu amil dayanır. Qalib ordu ölkəmizə tam suverenlik qazandırmış, tam suverenlik isə Azərbaycanı regionun aparıcı siyasi güc mərkəzlərindən birinə çevirmişdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see519

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see351

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see346

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see278

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see265

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see236

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see223

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see214

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see211

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see184

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see181

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see180

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see178

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see170

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see164

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see162

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see158

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see156

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see154

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri