Icma.az
close
up
RU
Ordumuzla bağlı video yaydı: hansı cəza gözləyir? Açıqlama

Ordumuzla bağlı video yaydı: hansı cəza gözləyir? Açıqlama

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilib. Belə ki, Azərbaycan vətəndaşı, 2007-ci il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində ordumuza məxsus hərbi texnikanın hərəkətinin videoçəkilişini aparıb.

O, görüntüləri martın 15-də özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Bundan sonra, həmin videoya sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilib və həqiqəti əks etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş olunub. Sosial şəbəkələrdə oxşar davranışlar mütəmadi olaraq görülür. Qanunla qadağan edilməsinə baxmayaraq, bəzi vətəndaşlar buna məhəl qoymur.

“TikTok”da orduya aid videomaterialı yayan şəxsləri hansı cəzalar gözləyir?

Globalinfo.az-a danışan vəkil Turan Abdullazadə Cinayət Məcəlləsinə istinad edib:

Turan Abdullazadə

“284-2.1-ci maddəyə əsasən, ordunun şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  284-2.2-ci maddəyə görə, eyni əməllər ağır nəticələrə səbəb olduqda – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur”.

Vəkil qeyd edib ki, sözügedən maddənin qüvvəsi ordunun şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına şamil edilmir.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri