Ordunun baş məşqçisi: Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar.
"Report"un məlumatına görə, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
“İlk olaraq bugünkü təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Çox böyük faciədir. Ölənlərə ulu tanrıdan rəhmət diləyir, yaralılara şəfa diləyirəm. Bir də belə faciəli hadisələr yaşanmasın. Oyuna gəlincə, bu gün yaxşı iş gördük, qalib gəldik. Hərçənd ki, görüşə yaxşı başlamamışdıq. Müdafiədə yaxşı çıxış edə bilmədik. Ancaq ikinci hissədən başlayaraq daha yaxşı oynadıq. Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladılar. Hesabda fərq yaratdılar. Komandamın üzvlərini yaxşı oyun və qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 25 Dekabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















