“Oyunçularım bu təzyiqlə bacara bilmədi” “Sabah”ın məşqçisi İdmanXəbər
Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.
“Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FİBA Avropa Kubokunun 4-cü turunun “Spiru” ilə matçını (68:78) dəyərləndirib.
İdmanxeber.az xəbər verir ki, litvalı mütəxəssis Azərbaycan çempionunun Belçika klubuna məğlubiyyətini şərh edib:
“Yaxşı müdafiə olunurduq. Amma çox sadə səhvlər edirdik. Hətta köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişdim. Bəlkə də bu oyunun yaratdığı təzyiqlə bağlı idi. Mənim oyunçularım bu təzyiqlə bacara bilmədi. Rəqib 11 nəfərlə oynayırdı, bizdə isə 7 nəfər var idi. Endar Poladxanlı və DeAndryus zədəlidir. Dizində zədə var. Təzyiqlə bacara bilmədik. Üstəlik, Trevon Duval da idmançıya yaraşmayan hərəkətə görə texniki foul aldı”.

“Qarşılıqlı razılıq əsasında komandadan ayrıldım” “Sabah”ın məşqçisi İdmanXəbər
18 Noyabr 2024 10:54
“Daha böyük işlərimiz qarşıdadır” “Sabah”ın baş məşqçisi İdmanXəbər
14 Dekabr 2024 21:13
“Sabah”ın komandalarından 3 qələbə İdmanXəbər
24 Yanvar 2025 14:56
“Sabah”ın futbolçusu əməliyyat olundu İdmanXəbər
04 Noyabr 2024 19:07
“Birinci hissə rəqibdən yaxşı oynadıq” “Sabah”ın baş məşqçisi İdmanXəbər
07 Dekabr 2024 21:34

