Orenburq yaxınlığındakı raket bazasında partlayış − Anbaan video
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Rusiyanın Orenburq vilayətinin Yasnı şəhərində strateji raket qüvvələri bazası yaxınlığında partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən “Ural56” məlumat yayıb.
Hadisə yerindən çəkilmiş görüntülərdə bənövşəyi tüstü sütununun havaya qalxdığı əks olunub.
Sakinlər Qazaxıstanın “ArbatMedia” nəşrinə bildiriblər ki, insident raketin buraxılması nəticəsində baş verib – guya o, havada parçalanıb.
Səlahiyyətlilər insidentlə bağlı rəsmi açıqlama verməyib. Regional hökumət sakinlər üçün heç bir təhlükə olmadığını və təxliyyənin planlaşdırılmadığını bildirib.
Qeyd edək ki, Yasnı yaxınlığında kosmodrom və eyniadlı raket bazası yerləşir. Buradan nüvə başlıqları daşıyan qitələrarası raketlər buraxıla bilər.
Bu mövzuda digər xəbərlər:Orenburq hava limanı fəaliyyətini bərpa edir
01 Oktyabr 2025 12:56
Orenburq zavodu yenidən Qazaxıstan qazının qəbuluna başlayıb
22 Oktyabr 2025 11:50
Orenburq vilayətində qazma qurğusunda yanğın baş verib Doğru Xəbərlər
23 Dekabr 2024 12:31
Orenburq un futbolçusu Səid Saharhizan İrandan Azərbaycan vasitəsilə çıxa bilər
16 İyun 2025 16:20
Orenburq Zenit görüşü zamanı qonaq komanda Spartak Moskva kimi təqdim olunub
23 Noyabr 2024 19:49
Baxış sayı:35
Bu xəbər 28 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















