Icma.az
close
up
RU
Ormana kəndi ən yaxşı turizm kəndləri arasında seçildi

Ormana kəndi ən yaxşı turizm kəndləri arasında seçildi

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ormana kəndi Antalyanın mərkəzində, Toros dağlarının ətəklərində yerləşir. SİA xəbər verir ki, bu kənd Dünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən “2024 Dünya Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu beynəlxalq tanınma ilə kəndin tarixi dəyəri, təbii gözəllikləri və davamlı turizmə verdiyi töhfə təsdiqlənmiş oldu. Ormana, Mustafapaşa və Taraklı (2021), Birgi (2022) və Şirincədən (2023) sonra siyahıya daxil olan Türkiyənin 5-ci kəndidir.
Toros Dağlarının qoynunda qədim Yörük kəndi

Manavqat çayının qaynağı olan Ormana, Antalya şəhər mərkəzindən cəmi 2,5 saatlıq məsafədə, İbradı mahalında yerləşən qədim bir Yörük kəndidir. Hellenistik dövrdən bəri yaşayış məskəni olan bu kənd, mədəni-tarixi möcüzələri və gözəl istirahət imkanları ilə seçilir. 600 nəfərlik kiçik əhalisi olan Ormana, qorunub saxlanılan memarlıq nümunələri və artıq 57 ildir qeyd olunan üzüm festivalı ilə orijinallıq axtaran səyyahların diqqətini çəkir.
350 illik memarlıq möcüzəsi: düymə evlər

Ormana tarixin, mədəniyyətin və təbiətin əsrlərlə davam edən ahəngini təqdim edir. Kəndin düymə evləri daş və sidr ağacı ilə heç bir məhlul istifadə edilmədən tikilib. Yerli memarlığın ən dayanıqlı nümunələrindən olan bu evlərdə ağac çərçivələr görünən hissələri düymə şəklində olduğu üçün bu adla adlandırılır.

Bu evlərin tikinti üsulu nə qədər unikal olsa da, daha maraqlısı onların dayanıqlığıdır. Torpaq hərəkət etdikdə daşlar elastik hərəkət edə bilir və qalın divarları qışda isti, yayda isə sərin qalır. Son illərdə bu evlər bərpa edilərək butik otellərə çevrilib və turistlərə bölgənin ruhunu hiss etmək və unikal yerli həyat tərzini yaşamaq imkanı təqdim olunur.

Təbiətdə macəralar

Ormana yalnız unikal memarlığı ilə deyil, həm də tarixi və təbii zənginlikləri ilə diqqət çəkir. Təbiət müşahidəsi, foto-safari, mağara tədqiqatı və yürüş kimi bir çox fəaliyyətlər burada mümkündür. Altınbeşik Mağarası və Eynif Düzü Ormana kəndi və ətrafında mütləq görülməli yerlər arasındadır.
Altınbeşik Mağarası, Türkiyənin ən böyük, Avropanın isə üçüncü ən böyük yeraltı gölünə ev sahibliyi edir. Buradakı traverten, sarkıt və dikitlər möhtəşəm bir mənzərə yaradır. Bundan əlavə, tarixi İpək Yolunun keçdiyi və yüzlərlə vəhşi yılkı atlarına ev sahibliyi edən Eynif Düzündə Səlcuq dövrünə aid Tol Xan və Roma dövründən qalma Erymna antik şəhəri ziyarətçiləri gözləyir.
Ormana, həmçinin üzüm bağları ilə məşhurdur. Bura gələnlər kəndin dadlı çavuş üzümlərini yeyib, keçi pendiri ilə birlikdə bu ləzzətlərin fərqli bir harmoniyasını hiss edə bilərlər. Sentyabr ayında üzüm festivalı keçirilir və bu dövrdə Ormananı ziyarət edənlər həm festivalda iştirak edə, həm də üzümçülük mədəniyyəti ilə tanış ola bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Dekabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri