Icma.az
close
up
RU
Ormana kəndi BMT tərəfindən ən yaxşı turizm kəndi seçildi Fotolar

Ormana kəndi BMT tərəfindən ən yaxşı turizm kəndi seçildi Fotolar

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ormana kəndi Antalyanın mərkəzində, Toros dağlarının ətəklərində yerləşir. Bu kənd Dünya Turizm Təşkilatı (UN Tourism) tərəfindən “2024 Dünya Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu beynəlxalq tanınma ilə kəndin tarixi dəyəri, təbii gözəllikləri və davamlı turizmə verdiyi töhfə təsdiqlənmiş oldu. Ormana, Mustafapaşa və Taraklı (2021), Birgi (2022) və Şirincədən (2023) sonra siyahıya daxil olan Türkiyənin 5-ci kəndidir.

Toros Dağlarının qoynunda qədim Yörük kəndi
Manavqat çayının qaynağı olan Ormana, Antalya şəhər mərkəzindən cəmi 2,5 saatlıq məsafədə, İbradı mahalında yerləşən qədim bir Yörük kəndidir. Hellenistik dövrdən bəri yaşayış məskəni olan bu kənd, mədəni-tarixi möcüzələri və gözəl istirahət imkanları ilə seçilir. 600 nəfərlik kiçik əhalisi olan Ormana, qorunub saxlanılan memarlıq nümunələri və artıq 57 ildir qeyd olunan üzüm festivalı ilə orijinallıq axtaran səyyahların diqqətini çəkir.

350 illik memarlıq möcüzəsi: düymə evlər

Ormana tarixin, mədəniyyətin və təbiətin əsrlərlə davam edən ahəngini təqdim edir. Kəndin düymə evləri daş və sidr ağacı ilə heç bir məhlul istifadə edilmədən tikilib. Yerli memarlığın ən dayanıqlı nümunələrindən olan bu evlərdə ağac çərçivələr görünən hissələri düymə şəklində olduğu üçün bu adla adlandırılır.

Bu evlərin tikinti üsulu nə qədər unikal olsa da, daha maraqlısı onların dayanıqlığıdır. Torpaq hərəkət etdikdə daşlar elastik hərəkət edə bilir və qalın divarları qışda isti, yayda isə sərin qalır. Son illərdə bu evlər bərpa edilərək butik otellərə çevrilib və turistlərə bölgənin ruhunu hiss etmək və unikal yerli həyat tərzini yaşamaq imkanı təqdim olunur.

Təbiətdə macəralar

Ormana yalnız unikal memarlığı ilə deyil, həm də tarixi və təbii zənginlikləri ilə diqqət çəkir. Təbiət müşahidəsi, foto-safari, mağara tədqiqatı və yürüş kimi bir çox fəaliyyətlər burada mümkündür. Altınbeşik Mağarası və Eynif Düzü Ormana kəndi və ətrafında mütləq görülməli yerlər arasındadır.

Altınbeşik Mağarası, Türkiyənin ən böyük, Avropanın isə üçüncü ən böyük yeraltı gölünə ev sahibliyi edir. Buradakı traverten, sarkıt və dikitlər möhtəşəm bir mənzərə yaradır. Bundan əlavə, tarixi İpək Yolunun keçdiyi və yüzlərlə vəhşi yılkı atlarına ev sahibliyi edən Eynif Düzündə Səlcuq dövrünə aid Tol Xan və Roma dövründən qalma Erymna antik şəhəri ziyarətçiləri gözləyir.

Ormana, həmçinin üzüm bağları ilə məşhurdur. Bura gələnlər kəndin dadlı çavuş üzümlərini yeyib, keçi pendiri ilə birlikdə bu ləzzətlərin fərqli bir harmoniyasını hiss edə bilərlər. Sentyabr ayında üzüm festivalı keçirilir və bu dövrdə Ormananı ziyarət edənlər həm festivalda iştirak edə, həm də üzümçülük mədəniyyəti ilə tanış ola bilərlər.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see206

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see175

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see172

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see150

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see144

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see139

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see134

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see134

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see134

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see133

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see133

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see130

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see129

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see127

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see125

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see124

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see122

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see122

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri