Icma.az
close
up
RU
Orqan köçürülməsi insanı cavanlaşdırır və ölümsüz edir Putinlə Çin liderinin dialoqu sızdı VİDEO

Orqan köçürülməsi insanı cavanlaşdırır və ölümsüz edir Putinlə Çin liderinin dialoqu sızdı VİDEO

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Çinin paytaxtı Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümündə xarici liderlərin də iştirakı ilə hərbi parad keçirilib.

Ölkə.Az “The Guardian” a istinadla xəbər verir ki, Çin Prezidenti Si Cinpinlə rusiyalı həmkarı Vladimir Putin arasındakı söhbət müzakirələrə səbəb olub.

Buna səbəb isə prezidentlərin yeni orqan köçürülməsi ilə ömrün uzadılacağı barədə danışmalarıdır.

Çin dövlət mediası prezidentlər arasındakı şəxsi söhbətin bəzi hissələrini yayımlayıb. 

Onlar "Tiananmen" meydanındakı yüksək platformaya doğru irəliləyərkən Putinin tərcüməçisinin çincə “biotexnologiya davamlı olaraq inkişaf edir” dediyi eşidilib.

Qısa eşidilməyən hissədən sonra tərcüməçi əlavə edib:

"İnsan orqanları davamlı olaraq transplantasiya edilə(köçürülə) bilər. Nə qədər çox yaşasanız, bir o qədər cavanlaşarsınız və hətta ölümsüzlüyə nail ola bilərsiniz”.

Kamerada görünməsə də, Çin lideri Si Putinə cavab olaraq bu sözləri deyib:

“Bəziləri bu əsrdə insanların 150 yaşa qədər yaşaya biləcəyini proqnozlaşdırırlar”.

Putin daha sonra Çin lideri ilə insan ömrünün əhəmiyyətli dərəcədə artırılması perspektivlərini müzakirə etdiklərini jurnalistlərə təsdiqləyib.

Bu da xarici mətbuatda hər iki liderin ömürlərinin sonunadək hakimiyyətdən getmək niyyətlərinin olmamaması kimi qiymətləndirilib.

Qeyd edək ki, Putin də daxil olmaqla Rusiya elitasının bəzi kəsimləri uzunömürlülük və ömrü uzatma elmi ilə çoxdan maraqlanır.

Hətta Putin 2024-cü ildə qocalıqla mübarizəyə həsr olunmuş “Yeni Sağlamlığın Qorunması Texnologiyaları” adlı tədqiqat mərkəzinin yaradılması üçün göstəriş verib. Layihə hüceyrə qocalmasının qarşısını alan texnologiyaların, neyrotexnologiyaların və uzunömürlülüyün təmin edilməsinə yönəlmiş digər yeniliklərin araşdırılmasını ehtiva edir.

Rusiyanın müstəqil xəbər agentliyi “Meduza” yazır ki, Vladimir Putinin uzun müddət ailə sirdaşı olan Mixail Kovalçuk Rusiyada ölümsüzlüklə bağlı araşdırmalara rəhbərlik edir. Agentlik qeyd edir ki, Kovalçuk ehtiyat (əvəzedici) orqanlar istehsal etmək üçün laboratoriyada yetişdirilən hüceyrələrdən istifadə edən orqan çapı texnologiyasına sərmayə qoyub.

Putinin böyük qızı, endokrinoloq Mariya Vorontsova hüceyrələrin yenilənməsi, insan sağlamlığı və uzunömürlülüyünün artırılması yollarını öyrənmək üçün Rusiya hökumətindən milyonlarla dollarlıq qrant alıb və Kovalçukla birgə genetik tədqiqat proqramında iştirak edir.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri