Icma.az
close
up
RU
Ölümsüz sevgili... Ünvansız sevgi məktubları

Ölümsüz sevgili... Ünvansız sevgi məktubları

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Bethovenin sevgi məktublarını təqdim edir.


“Ölümsüz sevgili”sinə yazdığı məktublar onun cızma-qaraları arasında tapılmışdı.
Bethovenin ən yaxın dostu və bioqrafı Anton Şindlerə görə o, məktubları qrafinya Culietta Qviççardiyə ünvanlamışdı. Çünki məktubların yanında qrafinyanın şəkli də tapılmışdı.
Bundan əlavə, ünvanın izinə düşmək üçün Şindler Bethovenin tez-tez qonaq olduğu Teplits və Vyana arasında yerləşən “Şvan” hotelinə getmişdi. Hotelin sahibəsi dəqiq ilini qeyd etməsə də, Şindlerə “A”,” J”, “G” və “B” hərfi ilə başlayan bir cox qadının adını çəkmişdi.

Teodor fon Frimmel həmin məktubların müğənni Maqdalena Vildmanna, amerikalı tədqiqatçı Aleksandr Velok Teyer Tereze fon Brunsvikə və ya Jozefineyə, digər tədqiqatçılar isə Bettina Brentanoya, Tereze Malfattiyə və müğənni Amali Zebalda yazıldığını güman etmişlər. Lakin bütün bu fərziyyələr zaman-zaman əsassız hesab olunub.
İsrailli müəllif Ziqmund Kasnelson 1954-cü ildə yazdığı əsərində Bethovenin sevgilisinin sonralar Ştakelberqin baronessası olmuş Jozefina fon Brunsvik olduğunu, hətta Bethovenin baronessanın son övladının atası olduğunu iddia edir.
1957-ci ildə Bethoven arxivinin və Bethoven evinin direktoru Jozef Şmidt Qörq Bethovenin 13 naməlum məktubu nəşr edib Kasnelsonun “kəşf”inin etibarsız olduğunu qeyd etmişdi.
Beləliklə, bu günə kimi Bethovenin “Ölümsüz sevgili”sinin adı məlum deyil...


“Ölümsüz sevgili”yə məktub

6 iyul - səhər çağı.

Mənim mələyim, mənim hər şeyim, mənim özüm. Bu gün yalnız bir neçə söz yazacağam, özü də karandaşla (sənin karandaşınla) - yalnız səhərdən təzə mənzil axtarmalıyam (1), indi bu, necə də yersizdir. Nə üçün bu dərin kədər zəruriyyət olanda danışır. Bizim məhəbbətimiz başqa cür ola bilərdi, qurbansız, heç nədən məhrum olmadan, bəlkə də, elə edə bilərsən ki, sən tamamilə mənim, mən sənin olum. Aman Allah! Gözəl təbiətə bax, ruhunu sakitləşdir, sevgi hər şeyi tələb edir və tamamilə haqlıdır, belə ki, mənə səninlə, sənə mənimlə yaxşıdır.
Sən çox tez unudursan ki, mən ikimiz üçün - həm sənin üçün, həm də özüm üçün yaşamalıyam, əgər biz tamamilə birləşə bilsəydik, sən məndən daha az əzab çəkərdin. (2) Mənim səyahətim dəhşətli idi. Mən dünən səhər 4-də bura çatdım. Atlar az olduğu üçün, poçt başqa səyahət yolu seçdi (3), amma necə dəhşətli yol idi, sonuncu stansiyadan əvvəl mənə gecə vaxtı getməməyi xəbərdarlıq etdilər, meşədə baş verə biləcək təhlükələr haqqında danışdılar, bu, məni yalnız qıcıqlandırırdı, amma mən haqlı deyildim: bu dəhşətli yolda, çılpaq torpaq yolda karet sınmalıydı (4), əgər o iki poçtalyon olmasaydı, yolun ortasında qalardım.

Mənim 4 atlı arabada başıma gələn hadisələr səkkiz atla digər adi yolla gelən Esterhazinin (5) də başına gəlmişdi, lakin mən həmişəki kimi maneələri aradan qaldırıb bundan bir az həzz aldım, bu söhbətdən keçək, biz yəqin ki, tezliklə görüşəcəyik, bu gün də mən həyatıma aid etdiyim qeydləri sənə deyə bilmirəm. Ürəklərimiz bir vursaydı, mən bu qeydləri etməzdim, qəlbim sənə demək istədiklərimlə doludur. Ah, elə anlar olur ki, mənə elə gəlir, dil çox gücsüz olur. Sevin, fərəhlən - mən sənin olduğum kimi, sən də mənim yeganə sadiq sevgilim olaraq qal, bundan başqa bizim üçün nə olacaq və nə olmalıdırsa, Allah bizə qismət edəcək.

Sənin sadiq Lüdviqin

6 iyul - bazar ertəsi, axşam.

Sən mənim qiymətli varlığım, əzab çəkirsən - yalnız indi mən başa düşdüm ki, bütün məktublar səhər tezdən təhvil verilməlidir. Yalnız iki gün - bazar ertəsi və çümə axşamı poçt burdan K.- ya gedir. (6) Sən əzab çəkirsən ki, mən indi hardayam, sən yanımda olsaydın, səninlə söhbət edərdim, elə edərdim ki, səninlə birlikdə yaşaya bilim, nə gözəl həyat olardı. Sənsiz hər yerdə insanların yaxşılığı məni təqib edir, düşünürəm ki, onlar bunu qazandıqlarından daha az qazanmaq istəyirlər. İnsanın insana olan itaəti məni ağrıdır. Mən kainat kontekstində özümə baxanda ki, mən nəyəm və özlərini böyük adlandıranlar kimdirlər və burada yenə də yenidən insanın ilahiliyi meydana gəlir. (7) Mən düşünəndə ki, sən yalnız şənbə günü məndən olan bu xəbəri ala biləcəksən, ağlayıram, çünki sən məni sevirsən, amma mən səni daha çox sevirəm və bunu gizlətmək istəmirəm, gecən xeyrə qalsın. Axı mən badenderəm, çimən kimi yatmağa getməliyəm (8) (gedək mənimlə, gedək mənimlə). Aman Allah, - bu qədər yaxın! Bu qədər uzaq! Bu, bizim sevgimizin qübbəsi deyilmi, həm də çox möhkəm, göy qübbəsi kimi.

7 iyulda sabahın xeyir.

Artıq çarpayıdaykən fikirlərim sənə doğru uçur, mənim ölməz sevgilim. Taleyin, əgər o bizi eşidirsə, bizə qurduğu oyunları gözləyə-gözləyə gah sevinirəm, gah kədərlənirəm. Mən yalnız səninlə birlikdə yaşaya bilərəm, başqa cür yaşaya bilmərəm, bəli, mən qərara gəlmişəm ki, səndən uzaqda gəzim-dolanım, sənin qolların arasına atıla bilənə qədər, səni tam özümünkü hiss edənə qədər...
Sən mənim ruhumu alıb ruhlar aləminə göndərə bilərsən, təəssüf ki, bu olmalıdır, sən buna razılaşmalısan, çünki sən mənim sənə olan sədaqətimin azalmadığına şübhə etmirsən, səndən başqa heç kim mənim qəlbimə hakim ola bilməz, heç kim, heç kim. Aman Allah, sevənlər niyə bir-birindən bu qədər uzaqlaşmalıdırlar, bu mənim Vyanadakı həyatımdır, indiki kimi acınacaqlı bir həyat. Sənin sevgin məni həm xoşbəxt, həm də bədbəxt edir. Ömrümün bu çağında həyatın yeniləşməsinə ehtiyacım var. Bu, bizim münasibətlərimizə təsir edə bilərmi? Mələyim, indi öyrəndim ki, poçt hər gün yola düşür, sən bu məktubu tezliklə alasan deyə, mən onu bitirməliyəm, rahat ol, yalnız sakitliklə biz öz varlığımızı nəzərdən keçirib birlikdə yaşamaq üçün məqsədimizə çata bilərik, sakit ol, bu gün də, sabah da məni sev, mənim həyatım, mənim hər şeyim, göz yaşları içində səni, səni, səni görmək üçün necə də həsrət çəkirəm... Əlvida, məni sev, sevgilin L.-in sadiq qəlbinə şübhə etmədən sev...

Əbədi sənin,

əbədi mənim,

əbədi bizim...

__________

1. Məktub yazılan tarixdə Bethovenin daimi evi yox idi. O, əvvəlcə “Qızıl günəşə doğru” qonaq evində yaşayır, növbəti gün (7 iyulda) o, “Palıda doğru” qonaq evinə köçür. Yalnız bundan sonra adını qeydiyyatdan keçirdir (Hər bir səyyah qaldığı yerdə xaricilərin siyahısında qeyd olunmalıydı; Teplitsdə bu bildiriş protokolu idi).

2. Bu hissədə Bethoven qadağan olunmuş məhəbbətin özü ilə gətirdiyi hiss və problemlərdən bəhs edir. Öz sevgilisinin yanında ola bilməməsinin ona hansı əzabları gətirəcəyini düşünür. Eyni zamanda, o özündən soruşur ki, bu sevgisindən əl çəkməlidirmi və bu imtina onun hissləri üçün nə məna ehtiva edəcək.

3. Bethovenin Praqadan yola düşməsi Praqanın Baş Poçt idarəsi qəzetinin 4.7.1812-ci il tarixli nömrəsində verilib. 5.07.1812 ci il tarixdə Teplitsə gəlib çatması Teplits Bildiriş protokolu ilə təsdiqlənib. Güman ki, Bethovenin “digər səyahət yolları” dolanbac yollardan keçir. Adi yollarda karet üçün səkkiz at tələb olunmur.

4. Bəzən yolsuzluq şəraitində karetlər sıradan çıxır. Məsələn, bu təkərin mili sınanda. Bəzən karetin məhvəri sınırdı. Biz bilmirik ki, Bethovenin karetində nə sınıb. Hər halda, o, karetin sınmış hissəsi düzəldilənə qədər gözləməliydi.

5. Knyaz Paul Anton III Esterhazi (1786-1866). Drezdendə, Sakson sarayında Avstriya elçisi.

6. O vaxtlar poçt bir şəhərdən başqa şəhərə karetlə göndərilirdi, bu, uzun müddət tələb edirdi. Karet yalnız müəyyən olunmuş günlərdə yola düşürdü. Əgər kimsə karetə gecikirdisə, yalnız 3 və ya 4 gün sonra yenidən öz məktubunu göndərə bilərdi. K. - yazmaqla o, yəqin ki, Karlsbadı nəzərdə tutulurdu. Növbəti gün Bethoven xoşbəxtcəsinə xəbər verir ki, bu an (yay fəslində) hər gün poçt kareti yola düşür.

7. Bethoven burada çox fəlsəfi görünür. Ətrafındkı insanların ona olan səmimiliyi onu əsəbiləşdirir. O, güman edir ki, onların ona rəhmi gəlir, çünki o artıq eşitmirdi və xəstə idi. Bundan başqa, xatırladır ki, vəziyyəti yaxşı deyil. Bethoven özünü Allahla və kainatla müqayisə edir və düşünür: mən nə qədər cılız və mənasızam. Amma elə bir hiss var ki, o az da olsa, insanı Allah kimi böyük edir.

8. Badender - kurortda dincələn pasiyent. Bethoven xəstəliyini və eşitmə problemini müalicə etmək üçün Teplitsə kurorta gedirdi. Buna görə də vaxtında yatmalıydı.

“Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb Emin Əmrullayevə açıq məktub "Hər şey yaxşı olacaq!" - Hökümənin bizə son təlimatı...
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:278
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri