Orqan musiqisini sevənlər üçün iki konsert proqramı təqdim olunacaq
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 4-də Bakıdakı Kamera və Orqan Musiqisi Zalında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solist Nigar Qəhrəmanova (orqan) çıxış edəcək.
Kamera və Orqan Musiqisi Zalında daha bir konsert proqramı dekabrın 13-də təqdim olunacaq. Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşəcək konsert Almaniyada yaşayan sənətkar soydaşımız, Əməkdar artist, tanınmış orqan ifaçısı və bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunub. Solist qismində Kalininqrad kafedral kilsəsinin orqan ifaçısı Yevgeni Avramenko (Rusiya) çıxış edəcək. Proqramda İ.S.Bax və A.Mirzəyevin əsərləri səslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Dekabr 2024 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















