Mustafa Aşurovun rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 19 fevral, AZƏRTAC
Martın 5-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 95 illiyi çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertdə dirijor və Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan və dünya xalqlarının rəqs incilərindən ibarət zəngin musiqi proqramı səsləndiriləcək.
Proqramda milli bəstəkarların əsərləri, eləcə də müxtəlif xalqların rəqs melodiyaları tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.
Konsertin biletlərini şəhərin kassalarından əldə edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 19 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















