Icma.az
close
up
RU
Orta Dəhliz ortaq maraqlardan güc alır

Orta Dəhliz ortaq maraqlardan güc alır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. 2014-cü ildən fəaliyyət göstərən bu nəhəng nəqliyyat arteriyası Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə, eləcə də Avropa ölkələrinə qədər uzanır. Orta Dəhliz layihəsində iştirakçılıq geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir.

Oktyabrın 22-də Gürcüstanın paytaxtı Tbilisidə keçirilən V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə müzakirə olunan məsələlər, səsləndirilən fikirlər nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun funksionallığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev forum çərçivəsində keçirilən panel müzakirəsi zamanı Orta Dəhliz marşrutu ilə yük dövriyyəsinin sürətlə artdığını diqqətə çatdıraraq deyib ki, 2022-ci ildə Çindən yalnız 1-2 konteyner qatarı göndərilirdisə, ötən il onların sayı 18-ə yüksəlib. Onun sözlərinə görə, Azərbaycan bu ilin 9 ayında, təxminən, 290 qatar qəbul edib. İlin sonuna qədər isə ölkəmizin ərazisindən 400 konteyner qatarının keçəcəyi gözlənilir. Nazir onu da bildirib ki, əvvəllər yüklərin Qazaxıstan – Çin sərhədindən Batumiyə qədər çatdırılması üçün 53 gün tələb olunurdusa, hazırda cəmi 18 gün kifayət edir.

Asiya İnkişaf Bankının vitse-prezidenti Yingming Yang isə son illər Orta Dəhlizin strateji əhəmiyyət kəsb etməyə başladığını qeyd edərək bu marşrutun Avropa və Asiya arasında əsas ticarət yoluna çevrilmə potensialına malik olduğunu vurğulayıb. Bank rəsmisinin sözlərinə görə, dəhlizə cəlb olunan yük axınlarının həcmi layihənin növbəti illərdə sürətli inkişafını davam etdirəcəyini deməyə əsas verir. AİB rəsmisi əlavə edib ki, Orta Dəhlizin uğurlu olması iştirakçı ölkələrin hökumətlərinin tərəfdaşlığından, maliyyə institutlarının dəstəyindən və özəl sektordan asılıdır.

Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz bildirib ki, avqust ayında təməli qoyulmuş 224 kilometrlik Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizinin önəmli hissəsinə çevriləcək. Nazir müavini Zəngəzur dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bir-birinə alternativ olmayacağını, əksinə, bir-birini tamamlayacağını diqqətə çatdıraraq bildirib ki, Türkiyə Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün səylərini bundan sonra da davam etdirəcək. Onun sözlərinə görə, Orta Dəhlizdə rəqəmsallaşdırılma və “bir pəncərə” sisteminin tətbiqi marşrutu daha cəzbedici edəcək.

“Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze isə Orta Dəhlizin Gürcüstan seqmenti üzrə nəzərdə tutulmuş işlər barədə məlumat verərək bildirib ki, gələn ildən Bakı-Tbilisi-Qars dəmir yolu xəttininin təkmilləşdirilməsinə başlanılacaq. BTQ-nin region üçün çox vacib olduğunu vurğulayan nazirin sözlərinə görə, bu layihə çərçivəsində Axalkalakidə yeni terminalın yaradılması nəzərdə tutulur. O deyib ki, 2027-ci ilədək Gürcüstanda dəmir yolları ilə yükdaşımalarının təhlükəsizliyi və sürəti əhəmiyyətli dərəcədə artacaq.

Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev qeyd edib ki, Orta Dəhliz artıq real fəaliyyət sahəsinə çevrilsə də, onun hökumətlərarası sazişi, hüquqi-institusional bazası yoxdur. Onun sözlərinə görə, yük göndərənlər zəmanətli tariflər istəyir, infrastruktura sərmayə yatıranları isə yük axınlarının nə qədər zəmanətli olduğu maraqlandırır. “Bu məsələlər hökumətlərarası saziş çərçivəsində həll olunmalıdır. İştirakçı ölkələrin sənədi birgə hazırlamasına ehtiyac yaranıb”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Prezident İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırdığını bəyan edib. İlk tranzit isə Qazaxıstanın Ermənistana göndərdiyi taxıl yükü olub. Bu da o deməkdir ki, Bakı İrəvana təkcə kommunikasiyaları deyil, həm də sülh qapılarını açır.

Azərbaycanın ərazisindən istifadə etməklə tranzit yüklərin Ermənistana çatdırılması praktikası çox yaxşı haldır. Bu onu deməyə əsas verir ki, tezliklə ölkələr arasında kommunikasiya əlaqələri açılacaq. Orta Dəhliz hər üç ölkə üçün çox maraqlıdır. Bu marşrutun həm Gürcüstan, həm də Ermənistanın üzərindən keçən həlqəsinin ortaq nöqtəsi isə Azərbaycandır.

Orta Dəhliz Mərkəzi Asiyadan gələn yükləri Xəzər dənizi üzərindən keçirməklə, Azərbaycanın tranzit imkanlarından istifadə etməklə ya Gürcüstan, ya da Ermənistanın ərazisindən Türkiyə və Avropaya çatdırılmasını nəzərdə tutur. Gürcüstanın dünya ölkələrinə birbaşa çıxışı olsa da, Azərbaycan və Ermənistanın belə imkanları yoxdur. Bu da hər iki ölkənin iqtisadiyyatı üçün mənfi amildir.

Orta Dəhlizdə fəal iştirakçılıq hər iki ölkə üçün həyati vacib məsələdir. Çünki bu, təkcə tranzit gəlirlərinin formalaşması deyil. Bu, həm Orta Dəhlizdə iştirak edən ölkələrlə münasibətin yaxşılaşdırılması, həm də məşğulluq məsələləri, yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən şirkətlərə idxal-ixrac əməliyyatlarını sürətləndirmək üçün əlavə imkanlar yaradır. Bu baxımdan Orta Dəhlizin Azərbaycan və Gürcüstandan keçən hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də quru yolla daşınan yüklərin Gürcüstanın Poti və Batumi limanları vasitəsilə Qara dəniz və yaxud da Türkiyə ilə Avropaya çıxışı təmin olunur.

Digər bir istiqamət isə Azərbaycanın əsas təşəbbüskarı və iştirakçısı olduğu Zəngəzur dəhlizidir. Bu Ermənistan üçün də olduqca əlverişli variantdır. Çünki bu ölkə özü də blokadadan çıxacaq. Bu da Ermənistanın iqtisadiyyatına ciddi faydalar gətirməklə yanaşı, Naxçıvanın da blokadasına son qoyacaq. Eyni zamanda, Azərbaycanın tranzit əhəmiyyəti artacaq. Çünki tranzit, dəhliz təkcə maliyyə, iqtisadi, ticarət məsələsi deyil, həm də siyasi, strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Astanada səsləndirdiyi kimi, Qazaxıstanın uran və neft resurslarının Azərbaycanın üzərindən ötürülməsi ilə ölkəmizin həm neft-qaz ixracatçısı, həm də tranzit ölkə kimi əhəmiyyəti xüsusilə artır. Tranzit ölkə kimi isə ətraf qonşularla münasibətlərimiz çox yaxşı olması, çətinliklərin sadələşdirilməsi və maneələrin aradan qaldırılması tələb olunur. Bu baxımdan Tbilisidə keçirilən V Tbilisi İpək Yolu Forumu xüsusi əhəmiyyət daşıyır.

M.QULİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri