Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Orta Dəhliz Türk dünyasının ortaq yolu

Orta Dəhliz Türk dünyasının ortaq yolu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu marşrut Avrasiya ölkələrini də bir-birinə qovuşdurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində Orta Dəhlizin region üçün böyük önəm daşıdığını və marşrutun özəl sektorun inkişafını   şərtləndirdiyini, eləcə də dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaradılmasının qarşıya mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra Azərbaycanın bu məsələdə əsas hədəfinin ticarət limanımızda 15 milyon ton yükaşırma qabiliyyətinin olduğunu və buna görə də hazırda respublikamızın dəniz ticarət limanının və dəmir yolu infrastrukturunun  genişləndirildiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağına ümid edir. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yükün respublika büdcəsinə böyük həcmdə gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu, həm də məşğulluq, əlavə vəsait və Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir.

Yeri gəlmişkən, bu məqamda Orta Dəhlizin də (Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) respublikamız üçün böyük önəm daşıdığını qeyd etmək istərdik. Xatırladaq ki, Rusiya–Ukrayna müharibəsi və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiyanın tranzit ölkə kimi, xüsusən də Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində səmərəliliyini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz  dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi Çin, Aİ və daha geniş regionda şirkətlər və hökumətlərin diqqətini çəkməyi bacarıb.

Orta Dəhlizi bir dəyər zənciri də adlandırmaq olar. Amma daha geniş anlamda, bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxil məhsula malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. 

Beləliklə, Çin–Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Asiyanı Avropa ilə birləşdirən marşrutdur. Regionda yaranmış münbit geosiyasi şəraitdə, Avropa və Asiya arasında ən qısa və rahat marşrut olan bu dəhlizə maraq getdikcə artır. Şimal dəhlizinə əsas alternativ olan Orta Dəhlizlə Çindən Avropaya 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 600 milyard dolların üzərindədir. 

2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin–Avropa arasında, hər iki istiqamət üzrə, ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020–2021-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-530 min ton arası olsa da, təkcə 2022-ci ildə bu rəqəm 3,2 milyon tona qədər artıb. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  

Azərbaycan Orta Dəhlizin potensial imkanlarını yüksək dəyərləndirərək  infrastrukturun inkişafına mühüm töhfələr verməyi planlaşdırıb. Bu, “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda öz ifadəsini tapıb. Artıq Dövlət Gömrük Komitəsi sözügedən dəhliz boyunca tranzit daşınmaların rəqəmsallaşdırılması və  ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlayıb. Bütün bunlar isə yaxın gələcəkdə dəhlizin potensialından daha səmərəli istifadəyə, daşınma həcminin artmasına, tranzit daşınmalarından daha çox gəlirin əldə olunmasına zəmin yaradıb.

Beləliklə, Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Azərbaycan ilə Çin arasında iqtisadi-ticari sahədə də əməkdaşlıq üçün olduqca böyük potensial var. Azərbaycan Çini təkcə dost ölkə deyil, həm də bilik, təcrübə və texnoloji tərəqqi mənbəyi kimi dəyərləndirir. İki ölkənin iqtisadi-ticari münasibətlərində davamlı inkişaf nəzərə çarpır. Azərbaycan milli prioritetlərdən biri olan rəqəmsal və “yaşıl keçid” sahələrində Çini tərəfdaş kimi görür. Bu istiqamətdə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji avadanlığı və elektrik avtomobillərinin birgə istehsalı mümkündür. Çinin ölkəmizdə günəş elektrik stansiyası üçün panellər hazırlaması da bu fikrin parlaq nümunəsidir. Məsələn, Qaradağ Günəş Elektrik Stansiyasında  550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb. Bu panellər Çinin “Longi” şirkəti tərəfindən hazırlanıb. Ümumiyyətlə, Çində günəş panellərinin kütləvi istehsalı qlobal panel qiymətlərinin 80 faiz azaldılması  və bu enerji növünün milyonlarla insan üçün əlçatanlığının  gerçəkləşməsi ilə nəticələnib.   

Azərbaycan–Çin iqtisadi münasibətlərinin inkişafı istiqamətində son illər reallaşdırılan təşəbbüslər, ölkəmizin “Bir kəmər, bir yol” layihəsində fəal iştirakı, qarşılıqlı investisiyaların təşviqi və əməkdaşlığın möhkəmləndirilməsi müsbət nəticələrlə diqqət çəkib. 

Çinin innovasiya yönümlü investisiya imkanlarının respublikamız üçün önəmi də getdikcə artır. Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi Çin investorları tərəfindən daim yüksək dəyərləndirilir. Şərqlə Qərbin kəsişməsində strateji mövqeyə malik ölkəmizin çinli sərmayədarları cəlb edə biləcək geniş imkanlara malik olması, Azərbaycanın nəqliyyat, enerji və digər sahələrdə xidmətlər vasitəsilə regional tərəfdaşlığın gücləndirilməsinə böyük stimul verməsi də bu məsələdə xüsusi rol oynayır. 

Azərbaycan–Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi isə ticari–iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Təbii ki, bu şəraitin davamlı şəkildə formalaşmasına iki ölkə arasında sərmayələrin təşviqi və qorunması, habelə ikiqat vergitutmanın qarşısının alınması üzrə imzalanan bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.

Respublikamız Çinlə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Dost ölkənin Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmiryolu xətti əsasında fəaliyyəti daha çox diqqət çəkir. Çin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafında maraqlıdır, eyni zamanda, Zəngəzur dəhlizinin açılmasına mühüm önəm verir. Şərq–Qərb istiqaməti üzrə ticarət dövriyyəsinin, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin artmasına ciddi maraq göstərir. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli tərəfdaş kimi ölkəmizin ticarət partnyoru olaraq dördüncü yerdədir. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin hansı səviyyədə olduğunu və gələcəkdə böyük perspektiv vəd etdiyini göstərir.

Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkəmizin xarici ticarət dövriyyəsinin 7,9 faizi Çinlə həyata keçirilən  ticarət əməliyyatlarından əldə olunub. Respublikamıza idxal olunan məhsulların ümumi dəyərinin 17,7 faizi Çinlə aparılan idxal əməliyyatları nəticəsində qeydə alınıb.  

Nicat HACIZADƏ, 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri 

Azərbaycan və Çin arasında iqtisadi-ticari əlaqələr ötən illərlə müqayisədə son dövrlər daha sürətlə inkişaf edir. 2024-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin 20,7 faiz artaraq 3,7 milyard dollara, keçən ilin yanvar-sentyabr aylarında birbaşa investisiya dövriyyəsinin isə 85,9 faiz artaraq 14 milyon dollara yüksəlməsi bunun bariz ifadəsidir. Bütün bu rəqəmlər Azərbaycan ilə Çin arasında investisiya və ticari əlaqələrin yüksəlməsinin göstəricisidir.

Hər iki dövlət arasında son 10 il ərzində iqtisadi sahədə əsas müzakirə mövzusu Orta Dəhliz layihəsi olub. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə  ilk qoşulan Azərbaycan Orta Dəhlizə dəstək verməklə təkcə regional tranzit imkanlarını gücləndirməyib, eyni zamanda, yeni müəssisələrin yaradılmasını hədəfləyib. Prezident İlham Əliyev müsahibəsində vurğulanan məsələyə toxunaraq respublikamızda investisiya cəlbi üçün institusional şəraitin formalaşmasına diqqəti cəlb edib.  

Transxəzər Şərq – Qərb  Beynəlxalq Nəqliyyat Dəhlizi Çini Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin–Qazaxıstan–Rusiya–Belarus–Avropa), eləcə də Süveyş kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat marşrutudur. Azərbaycan Orta Dəhlizin önəmini və cəlbediciliyini artırmaq məqsədilə ümumi uzunluğu, təxminən, 850 kilometr olan Bakı–Tbilisi–Qars dəmir yolu layihəsini həyata keçirib. Habelə Şərqi Zəngəzur iqtisadi rayonu vasitəsilə Naxçıvana birləşəcək Zəngəzur dəhlizi layihəsi Orta Dəhlizin imkanlarını daha da artıracaq. 

Çin Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Belə ki, 2024-cü ildə 3,7 milyard dollar ilə Çin Xalq Respublikası Rusiya Federasiyasını qabaqlayaraq Azərbaycanın əsas idxal tərəfdaşına çevrilib.  Habelə Azərbaycan Çinə neft və neft məhsulları, kimya və plastik sənaye məhsulları, spirtli və spirtsiz içkilər ixrac edir. Beynəlxalq Ticarət Mərkəzinin hesablamalarına görə, Azərbaycanın Çin bazarına əlvan və qiymətli metallar, ərzaq sənayesi məhsulları göndərmək imkanları var.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Bu həm praktiki, həm də empirik olaraq sübut edilib. Çin xam neft və neft məhsulları istehlakı üzrə dünyanın lider ölkələri arasındadır. Eyni zamanda, Çin iqtisadiyyatında baş verən dəyişikliklər neft qiymətlərində öz əksini tapır. 

Azərbaycan Çin bazalarında genişlənmək məqsədilə ticarət nümayəndiliyi və ticarət evləri açıb. Dünyanın ən böyük məhsul sərgiləri Çində keçirilir. Bu baxımdan, Azərbaycan Çin bazarlarına ixracı şaxələndirərək ticarət şərtlərini daha da yaxşılaşdıra bilər.  

V.BAYRAMOV,
M.YAQUBZADƏ,
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri