Icma.az
close
up
RU
Orta Dəhliz regionları birləşdirən platformaya çevrilir ŞƏRH EDİLDİ

Orta Dəhliz regionları birləşdirən platformaya çevrilir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Prezidentin köməkçisi Hikmət Hacıyevin Orta Dəhlizlə bağlı səsləndirdiyi fikir əslində son illərdə Avrasiya məkanında baş verən geoiqtisadi transformasiyanın mahiyyətini əks etdirir. Yəni əgər əvvəllər Orta Dəhliz əsasən Çinlə Avropa arasında yükdaşımaları təmin edən alternativ nəqliyyat marşrutu kimi qiymətləndirilirdisə, hazırda bu layihə daha geniş funksiyalar qazanaraq çoxşaxəli iqtisadi və siyasi əməkdaşlıq platformasına çevrilməkdədir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, son illərdə qlobal ticarət zəncirlərində müşahidə olunan dəyişikliklər, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi nəticələr, ənənəvi marşrutların təhlükəsizliyi ilə bağlı risklərin artması və dövlətlərin təchizat zəncirlərinin şaxələndirilməsinə üstünlük verməsi Orta Dəhlizin əhəmiyyətini ciddi şəkildə artırıb: "Məhz bu səbəbdən də layihə artıq yalnız yük tranziti məsələsi deyil, Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və hətta Uzaq Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın yeni modelinə çevrilir.

Bu kontekstdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Ölkə Şərq-Qərb nəqliyyat bağlantılarının mərkəzində yerləşərək həm logistika qovşağı, həm də siyasi dialoq platforması funksiyasını yerinə yetirir. Son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Xəzər üzərindən həyata keçirilən nəqliyyat layihələri Azərbaycanın bu marşrutun əsas iştirakçılarından biri kimi mövqeyini gücləndirib. Bunun nəticəsində ölkə təkcə tranzit gəlirləri əldə etmir, həm də regional iqtisadi proseslərə təsir imkanlarını artırır.

Orta Dəhlizin strateji geoiqtisadi sistemə çevrilməsi onun yalnız nəqliyyat infrastrukturundan ibarət olmaması ilə də bağlıdır. Hazırda layihə çərçivəsində rəqəmsal bağlantılar, enerji təhlükəsizliyi, yaşıl enerji ixracı, gömrük prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığı kimi istiqamətlər də ön plana çıxır. Xüsusilə Mərkəzi Asiyanın enerji resurslarının və yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılması perspektivi dəhlizin geosiyasi çəkisini daha da artırır.

Digər mühüm məqam ondan ibarətdir ki, Orta Dəhliz müxtəlif regionları birləşdirən əməkdaşlıq platforması rolunu oynayır. Burada söhbət yalnız malların daşınmasından deyil, ölkələr arasında qarşılıqlı asılılığın və iqtisadi bağlılığın formalaşmasından gedir. Bu isə öz növbəsində siyasi sabitliyin möhkəmlənməsinə və regional əməkdaşlığın genişlənməsinə xidmət edir.

Beləliklə, Hikmət Hacıyevin vurğuladığı kimi, Orta Dəhliz hazırda sadə nəqliyyat marşrutundan daha geniş məzmun daşıyan strateji geoiqtisadi sistemə transformasiya olunur. Bu proses Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına, ticarət axınlarının yenidən qurulmasına və Azərbaycan da daxil olmaqla iştirakçı ölkələrin geoiqtisadi əhəmiyyətinin artmasına mühüm təsir göstərir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri