Icma.az
close
up
RU
Orta Dəhliz nəhəng arteriyaya çevrilir

Orta Dəhliz nəhəng arteriyaya çevrilir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 68 faiz artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 68 faiz, konteyner daşımaları isə 2,7 dəfə artıb. Qazaxıstanın nəqliyyat naziri Marat Kabayev bildirib ki, sözügedən dəhlizin təkcə Mangistau vilayəti üzrə dəmir yolu ilə 2,3 milyon ton, dəniz nəqliyyatı ilə isə 6,3 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 3 faiz çoxdur. Ümumilikdə, Orta Dəhlizin digər qovşaqlarından həyata keçirilən xətlərin hər birində əhəmiyyətli artımlar qeydə alınıb.

Kurık və Bakı Beynəlxalq Dəniz limanları yeni nəqliyyat zənciri formalaşdırıb

Qazaxıstanın baş naziri Oljas Bektenov isə bildirib ki, ölkədəki mühüm nəqliyyat və logistika infrastrukturlarının tamamilə müasirləşdirilməsi və Orta Dəhlizə inteqrasiya edilməsi istiqamətində tədbirlər dayanmadan davam etdirilir.

Tədbirlər çərçivəsində Mangistau vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmiri başa çatdırılıb. Bu nəqliyyat qovşağı Kurık dəniz limanını Orta Dəhlizə birləşdirməklə Qazaxıstanın beynəlxalq nəqliyyat marşrutlarında imkanlarını artıracaq. Belə ki, Kurık-Jetibay yolu ən rentabelli və axıcı nəqliyyat xətti kimi beynəlxalq yük və daşınmaların birbaşa Kurık limanına yönləndirilməsində qısa və nəqliyyat sərfəliliyi baxımdan ən rahat infrastruktur şəbəkəsi hesab edilir. Əgər əvvəllər sürücülər Aktauda dayanmalı olurdusa, indi onlar Jetıbay kəndi vasitəsilə dəniz limanına daha tez və rahat çatacaqlar.

Mövcud nəqliyyat xətlərinin Orta Dəhlizlə birləşdirilməsi sayəsində 2024-cü ilin ötən 10 ayı ərzində Kurık dəniz limanı ilə yükdaşımaların həcmi də ən rekord həddə çatıb. Limanda 600-ə yaxın bərə, 16,5 mindən çox vaqon, 23,6 mindən çox yük və sərnişin daşıyan nəqliyyat vasitəsi xidmət göstərir ki, bu da uzaq Asiyadan Avropaya daşınmaların böyük artımlarını təmin etməyə imkan verəcək. Kurık limanı eyni zamanda, Azərbaycanın Qazaxıstan və dünya ilə liman bağlantısında mühüm rol oynayır. Bir neçə il əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) zirvə görüşü çərçivəsində Bakı Beynəlxalq Dəniz Limanı ilə Kurık Limanı arasında memorandum imzalanıb və yeni nəqliyyat zənciri formalaşıb. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan, Türkiyə və Avropa ölkələrinə göndərilir. Son 2 ildə Ələt-Kurık-Ələt istiqamətində yükdaşımaların intensivləşməsi də bunu təsdiqləyir.

Özbəkistanın təşəbbüskarlığı

Qazaxıstan Orta Dəhlizin imkanlarının artırılmasında Azərbaycanla sıx əməkdaşlığı artırmaq və dəniz limanlarında böyük bir iqtisadi sənaye landşaftı yaratmaq niyyətindədir. Oljas Bektenovun fikrincə, Aktau limanında iki ölkənin birgə səyi ilə azad iqtisadi zonanın yaradılması üçün potensial investorların cəlb edilməsi istiqamətində işlər görülür. Bu model Aktau-Xəzər- Bakı Beynəlxalq Dəniz Limanını birləşdirməklə böyük bir azad logistika zonasını təmin edəcək. Həmçinin, hər iki ölkə digər nəqliyyat qovşaqlarını da birləşdirməklə Orta Dəhlizdə ortaq maraqları da möhkəmləndirir. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Comard Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb.

Çindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Asiyanı Avropa ilə birləşdirən və ticarət əlaqələri üçün mühüm arteriyaya çevrilən Orta Dəhlizə digər ölkələrin də marağı artmaqdadır. Özbəkistan hökuməti də özünün dəmir yolu infrastrukturlarının yenilənməsi, yeni tranzitlərin əlaqələndirilməsi istiqamətində səylə çalışmaqdadır.

Zəngəzur koridoru Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 8-10 milyon ton artıracaq

Orta Dəhliz beynəlxalq maliyyə təşkilatları tərəfindən də dəstəklənir və Dünya Bankı, AYİB, İƏİT kimi maliyyə təşkilatları bu dəhlizin genişləndirilməsi layihələrinə maliyyə ayırmaq niyyətlərini bəyan edib.

Orta Dəhlizin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Zəngəzur dəhlizi Orta Dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malikdir və region ölkələrinin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək. Hesablamalara görə, bu marşrut Orta Dəhlizin ötürmə qabiliyyətini ildə 8-10 milyon ton artıracaq. Zəngəzur dəhlizi həm də regiona davamlı sülh və təhlükəsizlik gətirəcək, ölkələr arasında ticarəti və əməkdaşlığı yaxşılaşdırmaqla etimad və sabitliyin yaranmasına kömək edəcək.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri