Orta Dəhliz yaşıllaşacaq Oliver Houdin
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Orta Dəhlizin regional “yaşıl” dəhlizə çevrilməsi Asiya İnfrastruktur İnvestisiya Bankının məqsədlərinə tam uyğundur. Bu barədə AİİB-nin İnvestisiya Direktoru Oliver Houdin Asiya və Avropa ölkələri arasında sabit əlaqələrə həsr olunmuş panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bank dəhlizin Asiya ilə Avropa arasında ticarət üçün əsas və etibarlı marşruta çevrilməsi üçün onun modernləşdirilməsinə dəstək verməyə hazırdır. AIIB bu məqsədə nail olmaq üçün AİB, CARES və Aİ kimi digər inkişaf tərəfdaşları ilə əməkdaşlığa hazırdır.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Mərkəzi Asiyadan Aİ-yə aparıcı “yaşıl enerji” ixracatçısı olmaq planlarını açıqlamış və Qazaxıstan və Özbəkistanla enerji sistemlərinin birləşdirilməsi haqqında saziş imzalamışdı. Bu layihədə mərkəzi yer Xəzər dənizi boyu marşrutlara verilir. Orta dəhliz Qazaxıstan, Özbəkistan və Türkmənistandan, oradan Xəzər dənizindən keçərək Azərbaycan, Gürcüstan və Türkiyəyə - Avropaya keçir.
Ülviyyə, Hurriyyet.az
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















