Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemlərinə dair konfrans keçiriləcək
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 sentyabr, AZƏRTAC
Noyabrın 21-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məmmədağa Sultanov - Sələflər və xələflər: Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans “Məmmədağa Sultanov Azərbaycan və Şərq ədəbiyyatının tədqiqatçısı kimi”, “Ərəbdilli və farsdilli Azərbaycan ədəbiyyatının tədqiq və tərcümə problemləri”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində”, “Türkologiyanın aktual problemləri və ortaq ədəbi dil məsələləri, “Türk xalqları tarixi əlyazma və arxiv materiallarında”, “Türk xalqlarının yazılı folklor abidələri”, “Türkdilli əlyazmalarda fəlsəfə, teologiya və mədəniyyət məsələləri” mövzularını əhatə edəcək.
Konfransda iştirak etmək istəyənlər məruzənin tam mətnini oktyabrın 30-dək göndərməlidirlər. Mətnlərin qəbulu haqqında məlumat noyabrın 5-dən 10-dək veriləcək.
Elmi-praktik konfransa ölkənin müxtəlif ali təhsil məktəbləri və elmi-tədqiqat müəssisələrindən gənc alim və tədqiqatçılar qatıla bilərlər. Magistr və doktorantlar məruzənin tam mətnini elmi rəhbərinin (məsləhətçilərinin) rəyi ilə birlikdə təqdim etməlidirlər (rəyin skan variantı əlavə olunmalıdır).
Konfrans Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək.
Məruzə mətnləri [email protected] elektron ünvanına göndərilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 27 Sentyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















