Tolstoyun əlyazmaları üçün mərkəz hazırlanır
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Mədəniyyət Nazirliyi dahi yazıçı Lev Tolstoyun milyonlarla vərəqdən ibarət əlyazmalarının müasir standartlara uyğun qorunması və daha əlçatan olması məqsədilə yeni tədqiqat və saxlama mərkəzi inşa etməyi planlaşdırır.
Bakıvaxtı.az məlumat verir ki, hazırda ədibin 2 milyondan çox əlyazma səhifəsi Rusiya Rəssamlıq Akademiyasına məxsus və "polad otaq" kimi tanınan 49 kvadratmetrlik xüsusi seyfdə mühafizə olunur. Sözügedən arxiv 1921-ci ildən fəaliyyət göstərir və hazırda tədqiqatçıların istifadəsi üçün qapalıdır.
Ekspertlərin sözlərinə görə, mövcud məhdud və dar şərait bu nəhəng ədəbi irsin gələcək nəsillərə çatdırılması, eləcə də araşdırılması üçün yetərli deyil. Bundan əlavə, sənədlərin zədələnməsi təhlükəsi də mövcuddur.
Bu səbəbdən qabaqcıl texnoloji tələblərə cavab verən, daha geniş və müasir deponun yaradılması vacib hesab olunur.
Yeni mərkəzin yalnız arxiv kimi deyil, eyni zamanda rəqəmsallaşdırma, sərgi və elmi tədqiqat platforması kimi fəaliyyət göstərməsi gözlənilir.
Layihənin əsas məqsədi Tolstoyun zəngin irsini həm alimlər, həm də geniş ictimaiyyət üçün daha əlçatan və rahat formaya gətirməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 30 Aprel 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















