Icma.az
close
up
RU
Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır YENİ TƏKLİF

Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır YENİ TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərinin nəticələri aşağıdır. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu səbəbdən də bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb. O bildirib ki, vaxtilə kolleclərdə aparılmış müəllim hazırlığının mənfi nəticələri hiss olunmaqdadır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında fəlsəfə doktoru, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, təhsil eksperti İlqar Orucov bildirdi ki, sertifikasiya imtahanında kollec məzunu olan müəllimlərin zəif nəticə göstərmələri faktdır:

"Bu, bir daha onu göstərir ki, zamanında kolleclərdə olan qeyri-sağlam mühit və eyni zamanda kolleclərə qəbul zamanı yaşanan qanunsuzluqlar və təsadüfi adamların qəbulu nəticəsində "təhsil almaları", eyni zamanda həmin məzunların orta məktəbdə vəzifələri zəbt etmələri halları var.

Bütün bunlar onu göstərir ki, əslində sertifikasiya prosesi çox doğru yanaşma oldu. Bu onu göstərir ki, biz məktəblərdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istəyiriksə, müəllimlərə münasibəti sağlam qurmalıyıq. Sertifikasiyada zəif olanların nəticəsində, əslində, təhsilimizin bugünkü vəziyyəti belədir. Kollec müəllimlərinin zəif bal toplaması da gözlənilən idi".

O, qeyd etdi ki, biz təhsilimizi beynəlxalq standartlara çatdırmaq və eyni zamanda cəmiyyət üçün keyfiyyətli təhsil istəyirik:

"Bütövlükdə sertifikasiya imtahanlarında dəstəyin olması çox önəmlidir. Biz bir tərəfdən istəyirik ki, məktəbdə tədris keyfiyyətli olsun, digər tərəfdən isə bəzən görürük ki, sertifikasiyanı qaralamağa çalışan cəmiyyətin fərqli üzvləri sanki müəllimlərin himayədarları kimi özlərini təqdim edirlər. Bir mənalı olaraq təbii ki, biz beynəlxalq səviyyədə orta məktəb təhsilimizi inkişaf etdirmək istəyirik. Buna görə də müəllimlərə tətbiq olunan bu prosesə mütləq şəkildə dəstək ifadə etməliyik. Mən açığı o fikirdəyəm ki, ümumiyyətlə gələcəkdə elə olmalıdır ki, orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmuş olsun. Daha dərinləşmiş biliklərə sahib olsunlar və onları orta məktəbə daşıya bilsinlər.

Bu baxımdan, çox ürəkağrıdırıcıdır ki, Astaradakı xarici dil müəllimlərinin göstəriciləri çox biabırçıdır. Səbəb? Səbəb odur ki, zamanında boşluqlar olub. Bəzi adamlar sadəcə təhsili rüşvət məkanına çevirib, bazara döndəriblər. Onun nəticələrini biz bu gün hiss edirik və zaman-zaman deyirik ki, nəyə görə bizim orta məktəb təhsilimiz acınacaqlıdır. Səbəbləri elə bunlardır: keyfiyyətsiz müəllimin keyfiyyətsiz təhsili və təhsildən xəbəri olmayanların məktəbə ayaq açmasıdır".

Müsahibimiz hesab edir ki, sertifikasiya imtahanı çox doğru yanaşmadır.

"Mən bunu təqdir edirəm. Daha da dərinləşməsinin tərəfdarıyam. Bizim, ümumiyyətlə, kimisə qaralamaq, işdən çıxarmaq məqsədimiz yoxdur. Məqsəd və hədəf təhsilin keyfiyyətini artırmaqdır.

Bu məsələnin özəyində saxta diplom alıb, onu qanunsuz şəkildə təsdiq edən insanlar olub. Mən səmimi deyim ki, rüşvətxorluq bu cəmiyyətə virus kimi yayılıb. Mən müəllimlərin fəaliyyətinə kölgə salmaqdan uzağam, çünki mənim özümün də ixtisasım müəllimlik olub.

Təkcə bu kolleclərlə də bitmir hələ. Universitetlərdə də nə biabırçılıqlar olurdu. Məktəb səviyyəsində bilikləri olan adamların diplomları olurdu, onlar diplom alıb məktəblərdə işləyirdilər. Bunlar hamısı düşündürücüdür. İndi isə təhsil sahəsini bu viruslardan təmizləmək lazımdır", - deyə İlqar Orucov bildirdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri