Icma.az
close
up
RU
Orta məktəblərdə yeni vəzifə: direktor müşavirləri nin ŞOK SİYAHISI

Orta məktəblərdə yeni vəzifə: direktor müşavirləri nin ŞOK SİYAHISI

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Azərbaycan təhsil sistemində direktor məsələsi uzun illərdir müzakirə mövzusudur. Orta məktəblərdə rəhbər vəzifəyə təyinatlar bir sıra hallarda şəffaf meyarlara deyil, şəxsi münasibətlərə əsaslanır. Daha çox əvvəlki dövrlərdə baş verən və hələ də davam edən bu kimi hallar təhsil müəssisələrində real inkişafı ləngidir.

Sitat.info AFN.az-ın araşdırmasını təqdim edir. 

Çox zaman direktorların arxasında dayananlar onların öz vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşmasına mane olmaqdan tutmuş, əyləşdikləri kreslonu "dədə malı" hesab etmələrinə qədər səbəb olur. Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər yerli qurumlar bəzi hallarda bu şəxslərə təsir edə bilmir. Nəticədə məktəblərdə nizam-intizam problemi yaranır, pedaqoji mühit zəifləyir. Məsələnin acınacaqlı tərəfi odur ki, müəllimlər də çox vaxt öz narazılıqlarını açıq şəkildə ifadə edə bilmirlər. Şagirdlərin təhsil keyfiyyəti də idarəçilikdəki bu boşluqlardan zərər görür. Şübhəsiz ki, direktorlar təhsilin keyfiyyətinə ən çox təsir edən şəxslərdən biridir. Buna görə də, təyinat mexanizmləri şəffaflaşdırılmalı və səriştəyə əsaslanmalıdır. Lakin görünən odur ki, hansı mexanizmin tətbiq olunmasından asılı olmayaraq, bir sıra məktəblərdə buna nail olmaq mümkün olmur.

Bu günlərdə vəzifəsindən çıxarılan (özü təkidlə təqaüdə çıxdığını deyir-red.) 67 saylı məktəbin direktoru İradə Bayramovanın Bilik Günündə şagirdlərin qarşısına çıx(arıl)ması birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə yayılan videodan göründüyü kimi, İ.Bayramova müəllim və şagird heyətinin qarşısına dəvət edilərək, ədalı hərəkətlərlə çıxış edir. AFN.az-a məlumat verən mənbənin sözlərinə görə, əslində xanım Bayramova onu əvəzləyəcək müavini ilə vəzifəni "bölüşəcək": "Oturacaq məktəbdə, idarəçiliyi davam etdirəcək. İnanmasanız, bir müddət sonra gedib maraqlanarsız."

Mənbə bildirir ki, bu, təzə məsələ deyil. Bakıda bir neçə məktəb var ki, uzun illər direktor işləyən şəxslər vəzifədən alınsalar da, məktəbdən uzaqlaşmırlar. Məsələn, uzun illər 182 saylı orta məktəbin direktoru işləmiş Zinyət Tağıyeva təxminən 1 ildir işdən çıxarılıb, amma faktiki olaraq məktəbi hələ də o idarə edir. 160 saylı klassik gimnaziyanın direktoru Faina Ələkbərova 2 ildən çoxdur vəzifədən gedib, amma məktəbin idarəçiliyində hökmran mövqeyini saxlayır. O, hətta özünə "məktəb direktorunun müşaviri" vəzifəsini də təmin edib.

Mənbənin iddiasına görə, Faina Ələkbərova direktor işləyərkən MİQ-dən keçən müəllimi işə götürməyib ki, "rusca aksentlə danışır, şagirdlərə aksent ötürəcək." Onun rus dilinə sevgisi o qədər yüksək olub ki, bu səbəbdən müəllimi işə qəbul etməyib.

"Bundan başqa, 1 saylı məktəbin direktoru Elida Rzayevanın yaşı 80-i keçib. Adamı əllə aparıb-gətirirlər məktəbə, özüm gözümlə şahidi olmuşam. Niyəsə o da hələ vəzifədədir. Heç bir açıq mənbədə də direktor kimi haqqında məlumat yoxdur, hətta məktəbin saytında belə rəhbərlik bölməsində direktor müavininin adı yazılıb. Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva da yaddaşlardadır. Onun müəllimləri təhqir edən səs yazısı yayılsa da, məsələ ilə bağlı araşdırma nəticələri hələ də açıqlanmayıb. Zemfira Məsiyevanın da yaşı 70-i keçib, hələ də vəzifədə qalır.

Halbuki, 276 saylı məktəbin direktoru vardı, Bəhram Şiriyev, peşəkarlığı ilə seçilirdi. Lakin yaşı tamam olan kimi vəzifədən uzaqlaşdırılıb, yerinə Xoşqədəm Məmmədova gətirilib. Yaxşı deyiblər, "Qanun hörümçək torudur, güclülər yarıb keçir, zəifləri tutur."

Qeyd edək ki, bütün bu məlumatları verən mənbə adıçəkilən direktorların kimlərə, hansı qüvvələrə bağlı olması ilə bağlı da faktlar səsləndirib. Lakin deyilənlərin araşdırmaya ehtiyacı olduğunu nəzərə alaraq, hələlik dərc etmirik. Mövzunu davam etdirəcəyik.

Yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Aidiyyatı qurumların da məsələyə münasibətini öyrənməyə çalışacağıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see228

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see209

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see208

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see186

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see161

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see142

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri