Icma.az
close
up
RU
Ortamüddətli dövrdə büdcə siyasətinin yeni hədəfləri müəyyənləşir

Ortamüddətli dövrdə büdcə siyasətinin yeni hədəfləri müəyyənləşir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

İqtisadi Şura büdcə hazırlıqlarını müzakirə edib

Aprelin 14-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasında 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.  Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

OMBC-də ölkəmizin iqtisadi artım hədəfləri əks olunub

Hökumətin müzakirə etdiyi büdcə ssenarisi üzrə sənəd - Ortamüddətli Büdcə Çərçivəsi ölkəmizin iqtisadi inkişaf hədəflərini və mühüm prioritetləri əks etdirir. Çərçivə sənədi büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının büdcə islahatlarına cəlb olunan bölmələrinə daxil olan sektorlarda nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir. Eyni zamanda, sənəddə proqram və nəticəəsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

2029-cu ildə ÜDM-in həcmi 161,8 milyard manata çatacaq

2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi cari ilin üçüncü rübündə hazır olacaq və sənəddə ölkəmizin inkişaf ssenariləri, maliyyə baxışı, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri barədə məlumatlar öz əksini tapacaq. Ortamüddətli Xərclər Çərçivəsinə əsasən, yaxın 3-4 il ərzində Azərbaycanın iqtisadi inkişaf vizyonu əsas etibarilə qeyri-neft mənbələrinə əsaslanacaq.

Ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Gəlirlər üzrə siyasətin əsas istiqamətləri ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi  və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır.

Makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi,  2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq. 2030-cu ildə isə bu rəqəmin daha da yüksəlməsi gözlənilir.

İnvestisiya qoyuluşlarında artımlar davam edəcək

Baza ssenaridə neftin 1 barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün 65 dollar və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilir, 2030-cu ilə dair ssenari ilin sonlarına müəyyənləşəcək. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.

2026-cı ildə əsas kapitala olan investisiyalarda 6,9 faiz, ortamüddətli dövrdə isə orta illik 3,9 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2026-2027-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, habelə dövlət investisiyalarının iqtisadi  səmərəliliyinin yüksəldilməsi,  bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınıb.

Xərclər üzrə siyasətin əsas istiqamətləri

Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən ölkə sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi və “Böyük Qayıdış”ın sürətli icrası prioritetlərini əks etdirir. Təkcə, OMXÇ üzrə 2026-cı il və qarşıdakı 4 ildə azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 15 milyard manatdan çox vəsait ayrılması nəzərdə tutulur.

Bundan başqa, əhalinin sosial təminatının və xidmət şəraitinin, habelə müxtəlif sosial qrupların sosial müdafiəsinin daha da yaxşılaşdırılması, biznesə dəstəyin artırılması və investisiyaların davamlılığının qorunması, iqlim həlləri və “yaşıl iqtisadiyyat” quruculuğuna, bir sıra mühüm proqram və tədbirlərin icrası üçün maliyyə təminatınının gücləndirilməsi nəzərdə tutulur.

Yuxarıda qeyd etdiyimiz kimi 2030-cu ilə dair gəlir və xərc, investisiya, inflyasiya və sair rəqəmlər isə bir neçə ay sonra yekun təhlillər əsasında müəyyənləşəcək.

Ümumilikdə, yaxın 4 illik proqnoz və ssenarilər Azərbaycanda dayanqlı iqtisadi inkişafın təmin ediləcəyinə dərin əminlik yaradır.

E. CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Aprel 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri