Icma.az
close
up
RU
Ortaq dəyərlər, tarixi irs və sülh çağırışı

Ortaq dəyərlər, tarixi irs və sülh çağırışı

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən olduqca mühüm məqamlara toxunub. Sözsüz ki, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans mühüm ictimai, dini və mədəni hadisə kimi diqqət çəkir. Bu tədbirlər Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin, həmrəyliyin və qarşılıqlı dialoqun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O qeyd edib ki, Prezidenti İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlərdə də əsas diqqət birlik, sülh, milli-mənəvi dəyərlərin qorunması və tarixi irsin gələcək nəsillərə çatdırılması məsələlərinə yönəlib: “Seyid Yəhya Bakuvi Azərbaycan tarixində mühüm iz qoymuş böyük mütəfəkkirlərdən biridir. Onun irsinin beynəlxalq konfrans çərçivəsində müzakirə olunması Azərbaycanın zəngin elmi, fəlsəfi və mədəni irsinin tanıdılması baxımından əhəmiyyətlidir.Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin yaradıcılığı ölkənin mənəvi xəzinəsinin mühüm hissəsini təşkil edir. Bu irs yalnız Azərbaycan üçün deyil, bütövlükdə Şərq və İslam dünyası üçün də böyük əhəmiyyət daşıyır. Dini liderlərin toplantısı ilə Yəhya Bakuviyə həsr olunmuş konfransın eyni vaxtda keçirilməsi də xüsusi məna daşıyır. Beləliklə, tarixi-mədəni irsin öyrənilməsi ilə müasir dövrdə dini həmrəylik və əməkdaşlıq məsələləri bir araya gətirilir.

Prezidentin çıxışında da İslam həmrəyliyinin yalnız sözlə deyil, konkret təşəbbüslər və praktiki fəaliyyətlərlə möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirdiyi tədbirlər, eləcə də 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu siyasətin nümunələri kimi qeyd olunur. Həmin tədbirlər müxtəlif müsəlman ölkələri arasında əlaqələrin inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edib.
Dini liderlərin mütəmadi görüşlərinin keçirilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə toplantılar fikir mübadiləsi aparmaq, ümumi problemləri müzakirə etmək və sülh, əmin-amanlıq, qarşılıqlı hörmət kimi dəyərlərin təşviqinə imkan yaradır. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçirilməsi də bu istiqamətdə diqqətçəkən hadisələrdən biridir. Azərbaycan həmin tədbiri müsəlman dünyasında əməkdaşlığın və həmrəyliyin daha da gücləndirilməsi üçün mühüm platforma kimi təqdim edir”.
Deputat bildirib ki, ölkəmizin başçısı çıxışında həmçinin Qarabağ və Şərqi Zəngəzurla bağlı mühüm məqamlara toxunub: “Sözsüz ki, dDini liderlərin Ağdam, Xocalı, Şuşa və digər ərazilərə səfər etməsi bölgənin keçmişi və bu günü ilə yaxından tanış olmaq baxımından əhəmiyyətlidir. Çünki Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərinə, dini və mədəni abidələrinə ciddi ziyan vurulub. Bu baxımdan bölgədə həyata keçirilən bərpa və quruculuq işləri yalnız fiziki infrastrukturun yenilənməsi deyil, həm də tarixi və mədəni irsin bərpası kimi qiymətləndirilir.
Ağdam məscidinin bərpasının bu prosesdə xüsusi yer tutması da diqqət çəkir. Ümumilikdə məscidlərin və digər dini abidələrin yenidən qurulması milli-mənəvi irsin qorunmasına verilən önəmin göstəricisidir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması bölgənin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərir. Böyük Qayıdış prosesi bu baxımdan mühüm sosial və humanitar istiqamət kimi çıxış edir”.
Şura sədri, həmçinin ölkə başçısının da toxunduğu kimi tarixi yaddaşla sülh gündəliyinin paralel şəkildə aparılmasının vacibliyi də ön plana çıxdığını söyləyib: “Azərbaycan üçün müharibə və işğal dövründə yaşanan hadisələrin unudulmaması mühüm məsələdir. Xocalı faciəsi, dağıdılmış şəhər və kəndlər, dini və mədəni abidələrə vurulmuş zərər tarixi yaddaşın bir hissəsidir. Uzunmüddətli sabitliyin formalaşması üçün siyasi dialoqla yanaşı, qarşılıqlı etimadın, regional əməkdaşlığın və insanlar arasında əlaqələrin inkişafı da mühüm rol oynayır. Bu baxımdan dövlətimizin başçısının çıxışında sülh gündəliyinə xüsusi diqqət ayrılması Azərbaycanın müharibədən sonrakı mərhələdə regional sabitliyə verdiyi əhəmiyyəti göstərir.
Sözsüz ki, bu gün Qarabağda aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri dini-mədəni abidələrin yenidən qurulmasıdır. Məscidlərin bərpası bu prosesin əsas hissələrindən birini təşkil edir. Ağdam məscidi ilə yanaşı, digər məscidlərin də bərpası bölgənin tarixi simasının yenidən formalaşdırılmasına xidmət edir. Bu işlər şəhərlərin, kəndlərin və infrastrukturun yenilənməsi ilə paralel aparılır. Beləliklə, Qarabağda yenidənqurma yalnız müasir şəhərsalma layihələri ilə məhdudlaşmır. Burada tarixi yaddaşın, dini irsin və milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir.
Bakıda keçirilən toplantıların əsas xüsusiyyətlərindən biri müxtəlif coğrafiyaları və dini icmaları təmsil edən şəxslərin bir araya gəlməsidir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan nümayəndələrin iştirakı dialoq imkanlarını genişləndirir”.
Sevinc Hüseynova Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın bir hissəsi olması bu baxımdan ölkənin regional əməkdaşlıq təşəbbüslərində xüsusi mövqeyini şərtləndirdiyini diqqətə çatdırıb: “Dini liderlərin bir araya gəlməsi dövlətlərarası münasibətləri tamamlayan mənəvi və ictimai dialoq imkanları yaradır. Onların sülh, qarşılıqlı hörmət və əməkdaşlıq çağırışları müxtəlif müsəlman icmaları arasında anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdi edilməsi də tarixi hadisə idi. Çünki bu mükafat sülh, insan qardaşlığı və dialoq ideyaları ilə bağlıdır. Təbii ki, Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin gücləndirilməsi həm siyasi, həm də mədəni və mənəvi əməkdaşlıq üçün imkanlar yaradır. Bakıda keçirilən tədbirlər göstərir ki, tarixi irsin öyrənilməsi, dini dialoqun inkişaf etdirilməsi və sülh çağırışlarının səsləndirilməsi bir-birini tamamlayan istiqamətlərdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri