Icma.az
close
up
RU
Ortaq türk əlifbasına kimlər mane olur? Mərkəz sədri AÇIQLADI

Ortaq türk əlifbasına kimlər mane olur? Mərkəz sədri AÇIQLADI

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün kimliyimizin, mədəni irsimizin və türk dünyası ilə ortaq bağlarımızın təcəssümüdür. Azərbaycan xalqı üçün əlifba sadəcə bir yazı sistemi yox, həm də milli yaddaşın, müstəqillik idealının bir parçasıdır.

Bu mənəvi dəyər fonunda türkdilli xalqlar arasında ortaq əlifbaya keçid təşəbbüsləri son illərdə daha çox aktuallaşıb.

Ortaq türk əlifbası barədə razılıq ötən il əldə edilib. İlkin razılığa görə, əlifba 34 hərfdən ibarət olacaq.

Modern.az həm bu gün münasibətilə, həm də ortaq türk əlifbası barədə Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovla həmsöhbət olub.

Mədəniyyətin İnkişafı Konsepsiyası hazırlanıb

O qeyd edib ki, hazırda Azərbaycan dili ilə bağlı vəziyyət onun inkişaf səviyyəsi baxımından ümumilikdə müsbət qiymətləndirilir. Sabiq deputat bildirib ki, Azərbaycan dili dünyada inkişaf səviyyəsinə görə 25 əsas dil qrupuna daxildir:

“Bu isə o deməkdir ki, dilin özündə ciddi problem yoxdur. Lakin əsas məsələ bu dilin qayda-qanunlarına, dilçilik normalarına hansı dərəcədə əməl olunmasıdır. Məhz bu nöqteyi-nəzərdən dil və nitq mədəniyyətimizdə müəyyən çatışmazlıqlar müşahidə olunur.

Bunu nəzərə alaraq, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan dilinin işlənməsi, tətbiqi və nəzarəti ilə bağlı məsələlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırıldı. Nazirlik bu sahədə məsul icra orqanı kimi çıxış edəcək və dilin qorunması, eləcə də inkişafı istiqamətində daha ciddi nəzarət mexanizmləri tətbiq olunacaq”.

O həmçinin qeyd edib ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə artıq xüsusi bir konsepsiya – Mədəniyyətin İnkişafı Konsepsiyası hazırlayıb və burada dil məsələləri prioritet sahə kimi qeyd olunub.

Yeni əlifbaya keçidə kimlər mane olur?

“Ortaq türk əlifbasına keçid məsələsinə gəldikdə isə, bugün aktuallığını qoruyur. Artıq Azərbaycanla yanaşı, Özbəkistan və Türkmənistan da latın qrafikalı əlifbaya keçid etmiş ölkələr sırasındadır. Bu sahədə müəyyən təcrübələr mövcuddur. Lakin əfsuslar olsun ki, Qazaxıstan və Qırğızıstanda yeni latın qrafikalı əlifbaya keçid prosesi hələ də davam edir”.

N.Cəfərov əlavə edib ki, onların yeni əlifbaya keçidi prosesində bəzi maneələr mövcuddur.

“Xüsusilə Sovet dövründən qalma müəyyən imperialist qüvvələr bu keçidi ləngitmək istəyirlər. Bu, ilk növbədə Rusiya ərazisində yaşayan tatarlar, başqırdlar, Dağıstan və Şimali Qafqaz xalqları kimi qıpçaq mənşəli xalqların da gələcəkdə latın əlifbasına keçmək ehtimalından irəli gəlir. Belə bir keçid Rusiyada narahatlıq doğura bilər. Lakin reallıqda burada problem yoxdur. Məsələ eyni mənşəli olan türk xalqlarının ortaq bir əlifbada birləşməsi ilə bağlıdır”.

O eyni zamanda vuğulayıb ki, bu istiqamətdə xüsusi komissiya olaraq, türkdilli ölkələrin alimləri ilə birgə dəfələrlə müzakirələr aparılıb:

“Nəticədə uyğunlaşdırılmış ümumtürk əlifbası artıq qəbul edilib. Bu əlifbanı hazırda Türkiyə türkləri, azərbaycanlılar, özbəklər, eləcə də əlifba dəyişikliyi prosesində olan qazaxlar və qırğızlar nəzərə alır. Həmin ölkələr bu əlifbaya tam keçid etdikdə artıq ortaq baza mövcud olacaq”.

Nizami Cəfərov onu da diqqətə çatdırıb ki, gələcəkdə müstəqil dövləti olmayan türkdilli xalqların da bu istiqamətdə ya keçid prosesi başlayacaq, ya da geniş müzakirələr aparılacaq:

Onun sözlərinə görə, burada Türk Dövlətləri Təşkilatının rolunu da xüsusi vurğulamaq lazımdır.

“Qeyd edilməlidir ki, artıq Türk Dövlətləri Təşkilatı adlı beynəlxalq bir qurum fəaliyyət göstərir. Bu təşkilatın katibliyi mövcuddur və ortaq əlifbaya keçid prosesi bu qurumun koordinasiyası ilə həyata keçirilir. Məsələ ondan ibarətdir ki, hər bir dövlət yeni əlifbanı öz səviyyəsində qəbul etməlidir. Necə ki Azərbaycan, Özbəkistan və Türkmənistan bu addımı atıb, eləcə də Qazaxıstan və Qırğızıstan bu prosesi Türk Dövlətləri Təşkilatının nəzarəti və koordinasiyası altında həyata keçirməlidirlər.

Əks halda, hər dövlətin fərqli əlifba seçməsi ortaq kommunikasiyanı çətinləşdirə bilər. Ona görə də bütün türk dövlətləri bu prosesi razılaşdırılmış şəkildə, ortaq yanaşma əsasında həyata keçirməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri