Azərbaycan alimləri Antalyada ortaq türk əlifbasına dair müzakirələrdə iştirak edirlər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində Beynəlxalq Türk Akademiyası, Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun təşkilatçılığı ilə “Türk dünyası birliyi yolunda ortaq əlifba” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Özbəkistandan alimlər, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.
Açılışda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov bildirib: “Biz Türk dünyası üçün ortaq əlifbanın elmi səviyyədə yaradılmasının tərəfdarıyıq. Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir”.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında vurğulayıb ki, ortaq əlifba qohum xalqlar arasında dil yaxınlığının qorunub saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq.
Tədbir öz işini aprelin 29-da yekunlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















