Icma.az
close
up
RU
Oruc tutanlar mütləq oxusun: Bu qidalardan uzaq durun, əks halda...

Oruc tutanlar mütləq oxusun: Bu qidalardan uzaq durun, əks halda...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu il Novruz bayramı ilə Ramazan ayının üst-üstə düşməsi bir sıra məsələləri gündəmə gətirib. Xüsusilə qidalanma mövzusu müzakirə obyektidir. Məlumdur ki, süfrələri bayrama xas müxtəlif cür şirniyyatlar, yeməklər bəzəyir. Digər tərəfdən, onlar yüksək kalorili qidalar siyahısında yer alır.

Globalinfo.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, sözügedən hal bir çox problemlər yaradır:

“Xüsusilə həzm sistemi, immuniteti zəif olanlar, mədə-bağırsaq sistemində hansısa xroniki xəstəliyi olan insanların qidalanma vərdişlərindəki pozulmalar səhhətdə ciddi fəsadlar törədə bilər. Novruz bayramı ərəfəsində oruc tutanlar diqqətli olmalıdır. Onlar balanslı və düzgün şəkildə doğru qidalardan istifadə etməlidirlər. Bəllidir ki, bayramda bişirilən şirniyyatlar, yeməklərin kalorisi daha ağırdır. Oruc tutan adamın birdən-birə bunları qəbul etməsi mədə və qarın nahiyəsində, başda ağrılara, həzmdə problemlərə, yuxu sisteminin pozulmasına yol açar”.

Məhsəti Hüseynova

Mütəxəssis bildirib ki, oruc tutanlar səhər yeməyində yüngül və daha çox zülal tərkibli qidalara üstünlük versinlər:

“Yumurta, pendir, süd və süd məhsullarından olan qidalar bu qəbildəndir. Həmçinin bir ovucu keçməyəcək dərəcədə müxtəlif çərəzlərdən də istifadə edilə bilər. Bu, oruc tutanların gün ərzində enerjili və tox olmalarına kömək edəcək. İftar zamanı bayram süfrəsi olmasına baxmayaraq, yeni hazırlanan şorbalar, tez həzm olunan bir növ isti xörək yemək məqsədəuyğundur. Çox qızardılmış, yağlı, duzlu qidalardan, turşulardan, ədviyyatlardan qaçmaq lazımdır. Çünki bir neçə saat ac qalan orqanizmdə xüsusilə belə qidalar mədə şirəsinin balansını pozmaqla yanaşı, sonradan mədədə yanma, göynəmə hisləri də yaradır”.

Məhsəti Hüseynovanın sözlərinə görə, iftardan dərhal sonra şəkərbura, paxlava, qoğal kimi bayram qidalarının qəbulu həzmdə çətinlik yaratmaqla yanaşı, qanda şəkər səviyyəsinin sürətlə artmasına gətirib çıxaracaq:

“Novruzda qidaları miqdarı keçməmək şərtilə, yavaş-yavaş qəbul etməliyik. Eyni zamanda çox çeynəmək həzmi asanlaşdırır və doyma hissi yaradır. İftarın əvvəlində, həm də yeməkdən 35-40 dəqiqə sonra oyaq qaldıqları müddətdə su içmək vacibdir. Qəbul etdiyimiz qidaların enerjiyə çevrilməsi üçün fiziki aktivliyə də diqqət etməliyik”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri