Icma.az
close
up
RU
Ekspert “həyəcan təbili çaldı”: “Pəhriz zamanı bu qidalardan uzaq durun, əks halda…” KONKRET

Ekspert “həyəcan təbili çaldı”: “Pəhriz zamanı bu qidalardan uzaq durun, əks halda…” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Artıq çəkidən azad olmaq üçün ən yaxşı vasitələrdən biri də pəhrizdir. Əsas prinsip kalori qəbuluna nəzarətdir. Bu nəzarət düzgün edildikdə artıq çəkidən azad olmaq mümkündür. Lakin bunun üçün sağlam qidalanma həyat tərzinə çevrilməlidir.

Maraqlıdır, pəhriz zamanı hansı qidalardan istifadə etmək olar?

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov KONKRET.az-a açıqlamasında bildirib ki, köklükdən əziyyət çəkən insanlar müxtəlif pəhrizləri tətbiq edərək arıqlamağa çalışırlar. Burada bir neçə vacib məqam var.

“Öncə arıqlamaq istəyirsinizsə, birdən-birə çox çəki itirməkdən çəkinin. Bu daha artıq kökəlməyə səbəb olur. Pəhriz tətbiq edərkən hansı qidaların rasionda olub-olmamağını bilmək lazımdır.

Bu qidaları təkcə pəhriz zamanı yox, ümumiyyətlə, rasionunuza daxil etməyin. Fast food qidaları, çipslər, duzlu və yağlı atışdırmalıqları, işlənmiş ət məhsullarını (kolbasa və sosiska), hazır hər cür qidanı, duru yağları (qarğıdalı, günəbaxan), şəkəri, marqarini, un məhsullarını, şirniyyatları, paketlənmiş qidaları, hazır meyvə sularını, qazlı və şəkərli içkiləri mütləq rasionunuzdan çıxarın.

Bəs bunların əvəzinə hansı qidaları qəbul etməliyik?

“Çox yağlı olmayan ət, toyuq və balıq, yumurta, normasında və mövsümündə meyvə və tərəvəzlər, paxlalılar, müxtəlif yağlı tumlar, toxumlar (qoz, fındıq, badam, balqabaq tumu), təbii kərə yağı və sair məhsullar istifadə etmək mümkündür. Təbii ki, burada əsas məsələ qəbul etdiyimiz hər bir qidanın miqdarına diqqət etməyimizdir. O zaman tutduğumuz pəhriz istədiyimiz nəticəni verəcək. Sağlam qidalanaraq sağlam yaşamağı öyrənməliyik”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri