Icma.az
close
up
RU
Orucu belə açmaq təhlükəlidir İftarda sağlamlığa zərər vuran seçim KONKRET

Orucu belə açmaq təhlükəlidir İftarda sağlamlığa zərər vuran seçim KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ramazan ayının gəlişi ilə birlikdə iftar süfrələrində qidalanma vərdişləri yenidən gündəmə gəlir. Bəzi insanlar orucu su və xurma ilə açmağı üstün tutsa da, digərləri qazlı içkilərə, xüsusilə də kolaya müraciət edirlər.

Bəs, kola ilə iftar açmaq sağlamlıq baxımından nə dərəcədə doğrudur?

KONKRET.az xəbər verir ki, yenisabah.az bu məsələni araşdırıb. Görək mütəxəssislər bu barədə nə deyir?

Dietoloqlar bildirirlər ki, uzun saatlar ac və susuz qalan bədən üçün birdən-birə qazlı və şəkərli içkilər qəbul etmək mədə-bağırsaq sisteminə mənfi təsir göstərə, mədə turşusunun artmasına səbəb ola bilər. İftar zamanı kola kimi içkilərin qəbulu həzm prosesini çətinləşdirir.

Oruc boyunca mədə boş qaldığı üçün qazlı içkilərin qəbulu mədədə qıcqırma, şişkinlik və reflüks kimi problemlər yaradır. Xüsusilə də mədə problemi olan insanlara qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur. Kola yüksək şəkər tərkibinə malikdir və bu, iftardan sonra qanda şəkərin sürətlə yüksəlməsinə gətirib çıxarır. Bu tip içkilər qısa müddət ərzində enerji versə də, tezliklə yorğun hiss etdirir. Bundan əlavə, yüksək şəkər tərkibi piylənmə və diabet riskini artırır.

Ekspertlər iftarı su və xurma ilə açmağı, daha sonra isə ilıq şorba və yüngül qidalar qəbul etməyi tövsiyə edirlər. Əgər içki seçimində dəyişiklik etmək istəyirsinizsə, təbii meyvə şirələri, ayran və ya bitki çayları daha sağlam alternativlər ola bilər.

Qeyd edək ki, kola və digər qazlı içkilər iftar süfrələrində geniş yayılmış olsa da, onların həzm sisteminə və ümumi sağlamlığa mənfi təsirləri nəzərə alınmalıdır. Mütəxəssislər balanslı və sağlam qidalanmanı tövsiyə edir, xüsusilə də uzun müddət ac qalan bədənin ani şok yaşamaması üçün təbii içkilərə üstünlük verilməsini məsləhət görürlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri