Icma.az
close
up
RU
Orucu belə açmaq təhlükəlidir İftarda sağlamlığa zərər vuran seçim

Orucu belə açmaq təhlükəlidir İftarda sağlamlığa zərər vuran seçim

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Ramazan ayının gəlişi ilə birlikdə iftar süfrələrində qidalanma vərdişləri yenidən gündəmə gəlir. Bəzi insanlar orucu su və xurma ilə açmağı üstün tutsa da, digərləri qazlı içkilərə, xüsusilə də kolaya müraciət edirlər.

Bəs, kola ilə iftar açmaq sağlamlıq baxımından nə dərəcədə doğrudur?

News24.az xəbər verir ki, yenisabah.az bu məsələni araşdırıb. Görək mütəxəssislər bu barədə nə deyir?

Dietoloqlar bildirirlər ki, uzun saatlar ac və susuz qalan bədən üçün birdən-birə qazlı və şəkərli içkilər qəbul etmək mədə-bağırsaq sisteminə mənfi təsir göstərə, mədə turşusunun artmasına səbəb ola bilər. İftar zamanı kola kimi içkilərin qəbulu həzm prosesini çətinləşdirir.

Oruc boyunca mədə boş qaldığı üçün qazlı içkilərin qəbulu mədədə qıcqırma, şişkinlik və reflüks kimi problemlər yaradır. Xüsusilə də mədə problemi olan insanlara qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur. Kola yüksək şəkər tərkibinə malikdir və bu, iftardan sonra qanda şəkərin sürətlə yüksəlməsinə gətirib çıxarır. Bu tip içkilər qısa müddət ərzində enerji versə də, tezliklə yorğun hiss etdirir. Bundan əlavə, yüksək şəkər tərkibi piylənmə və diabet riskini artırır.

Ekspertlər iftarı su və xurma ilə açmağı, daha sonra isə ilıq şorba və yüngül qidalar qəbul etməyi tövsiyə edirlər. Əgər içki seçimində dəyişiklik etmək istəyirsinizsə, təbii meyvə şirələri, ayran və ya bitki çayları daha sağlam alternativlər ola bilər.

Qeyd edək ki, kola və digər qazlı içkilər iftar süfrələrində geniş yayılmış olsa da, onların həzm sisteminə və ümumi sağlamlığa mənfi təsirləri nəzərə alınmalıdır. Mütəxəssislər balanslı və sağlam qidalanmanı tövsiyə edir, xüsusilə də uzun müddət ac qalan bədənin ani şok yaşamaması üçün təbii içkilərə üstünlük verilməsini məsləhət görürlər. /konkret.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Mart 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri