Icma.az
close
up
RU
Orxan Kərimovun qayınanasına məxsus pul qaytarıldı KONKRET

Orxan Kərimovun qayınanasına məxsus pul qaytarıldı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Korrupsiya cinayətlərində təqsirli bilinərək şərti məhkum edilmiş Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun hökmü 12 il sonra dəyişdirilib.

KONKRET.az qafqazinfo-ya istinadla xəbər verir ki, cəzalandıqdan 2 il sonra vəfat edən O. Kərimovun hökmündə qanun pozuntuları üzə çıxıb.

Sözügedən pozuntular hökmün xüsusi müsadirə hissəsinə aiddir.

Orxan Kərimova 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma cinayətlərində təqsirli bilinib. O. Kərimov həmin vaxt şərti məhkum edilməklə azadlıqda qala bilib.

Bəhs edilən hökmə əsasən, təqsirləndirilən şəxsin faktiki yaşadığı evdən (qayınanasının adına rəsmiləşdirilmiş – red.) götürülmüş 97 min 100 avro və 67 min 500 manat məbləğində pullar dövlət nəfinə müsadirə edilib.

Orxan Kərimov hələ məhkəmə istintaqı vaxtı ifadəsində demişdi ki, evdən götürülən pullar qayınanası və qayınatasına məxsusdur. Onlar eyni evdə, fərqli mənzillərdə yaşayırlar.

Məhkum Kərimovun vəfatından sonra qayınanası Fədayə Qayıbova müsadirə edilən pullar üçün məhkəmə çəkişmələri başladıb. Ən sonda Avropa İnsan Hüquqları Məhkəməsi onun şikayətini əsaslı hesab edib. Amma o, mübarizəsinin yekununu görə bilməyib. Fədayə Qayıbova Avropa Məhkəməsinin xeyrinə çıxardığı qərardan sonra vəfat edib.

Azərbaycandakı sonrakı məhkəmələrdə onu nümayəndəsi təmsil edib.

Ali Məhkəmədə işə yenidən baxılıb, aşağı instansiyanın əvvəlki qərarındakı xüsusi müsadirə hissəsi ləğv edilib. Bu məsələnin araşdırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Zamin İbrahimovun sədrlik etdiyi hakimlər dəlil və sübutları yenidən tədqiq edib, tərəflərin çıxışlarını dinləyiblər.

Prokuror yenə hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib. Amma müdafiə tərəfi ortaya işin seyrini dəyişdirə biləcək sübutlar qoyub.

Beləliklə, Orxan Kərimovun cinayətinə görə müsadirə edilən pulların onun özünə aid olmadığı təsdiq edilib. Məhkumun yaxınlarının evində axtarış aparılması qanunsuz olub, müstəntiqin həmin qərarı əsaslandırılmayıb.

Nəhayət, məhkəmə bu işlə bağlı yekun qərarını açıqlayıb.

Qərara əsasən, hökmdən “Baş Prokurorluğun depozit hesabına keçirilmiş 97 min 100 avro və 67 min 500 manat pul müsadirə edilsin” hissəsi xaric edilib.

Həmin pullar Fədayə Qayıbovanın vərəsəsi olan Orxan Kərimovun xanımı Nigar Kərimovaya qaytarılıb.

Orxan Kərimov cinayətinə görə bir müddət həbsdə olub. O, xəstəliyi ilə bağlı azadlığa buraxılıb. 2015-ci ildə 47 yaşında vəfat edib.

Xatırladaq ki, Orxan Kərimov şair-tərcüməçi Əli Kərimin oğludur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri