Icma.az
close
up
RU
Roman Kərimovun məhkəməsi başladı

Roman Kərimovun məhkəməsi başladı

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Roman Kərimovun cinayət işi üzrə məhkəməsi başlayıb. 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə yeni tərkib elan edilib. 

Daha sonra hakim ittiham aktını elan etmək üçün dövlət ittihamçısı Zaur Qasımova söz verib. 

Prokuror ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, əvvəllər də məhkum olunmuş Roman Kərimov 

2024-cü ilin sentyabrında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun idarə etdiyi avtomobildən satış məqsədi ilə əldə etdiyi 2 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.

Daha sonra söz təqsirləndirilən şəxsə verilib. Roman Kərimov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. 

Roman Kərimov bildirib ki, hər şey Niyazi adlı tanışının polis əməkdaşları tərəfindən saxlanılmasından sonra baş verdi:

"Mən özüm dəfələrlə polis idarəsində olmuşam. Orda mənə niyə demirdilər ki Niyaziyə narkotika satmısan? Bazara xəkandaz almağa getmişdim. Mağazaya gedəndə polis əməkdaşları saxladılar. Əvvəllər narkotikadan istifadə etmişəm, lakin müalicə aldıqdan sonra bu pis vərdişlərdən uzağam. Mən ibtidai istintaq dövründə olan vəkilimdən narazı olmuşam. Mən günahsızam".

Məhkəmənin növbəti iclası sentyabrın 3-nə təyin edilib. 

Qeyd edək ki, Roman Kərimova qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. /Unikal/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri