Orxan Məmmədov: Azərbaycanda heç bir kiçik biznes geridə qalmamalıdır
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) milli proqramlar, beynəlxalq əməkdaşlıq vasitəsilə Azərbaycanda hər bir sahibkarın böyüməsini, rəqabət aparmasını təmin etməsini hədəfləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.
Onun sözlərinə görə, kiçik və orta bizneslər (KOB) sadəcə iqtisadi vahidlər deyil, həm müxtəlif cəmiyyətlərin nəbzi, qurucular, ideyalarını təsirə çevirən risk edənləridir: "Azərbaycanda KOB-lara inklüziv rifah və innovasiyanın təməli, iqtisadi potensial və sosial tərəqqi arasında körpü kimi baxırıq. KOBİA təcridə deyil, tərəfdaşlığa inanır. Bizim fəaliyyətimiz heç bir KOB-un geridə qalmaması prinsipinə yönəlib. Milli proqramlar, beynəlxalq əməkdaşlıq, dövlət-özəl sektor dialoqu vasitəsilə biz hər bir biznesin, hər bir sahibkarın - istər Bakıda, istərsə də ən ucqar regionda - böyüməsini, rəqabət aparmasını təmin etməsini hədəfləyirik".
O qeyd edib ki, KOBİA ilə Asiya İnkişaf Bankı (ADB) arasında məhsuldar əməkdaşlıq mövcuddur: "ADB əməliyyatlarımızın əvvəlindən bəri bizə müxtəlif texniki yardım, dəstək, texniki alətlər təqdim edib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 12 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















