Icma.az
close
up
RU
Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”

Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İnamımız var idi. Çünki bu günə qədər komandamız əzm nümayiş etdirmişdi. Oyundan qabaq demişdim ki, sakit olmaq lazımdır. Rəqib dünya çempionu idi. Bununla belə, biz onlardan heç də geri qalmırdıq”.

İdman.biz xəbər verir ki, Futbolxeber.az saytına açıqlamasında bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatının 1/8 finalında Rumıniya üzərində qazanılan qələbəni şərh edərkən deyib.

O, millimizin tarixi qələbə qazandığını vurğulayıb: “Birinci hissədə komandada bir qədər gərginlik var idi. Lakin uşaqlar fasilədən sonra özlərinə gəldilər. Xüsusilə penaltilərdə özünəinam yaranmışdı. Hesab edirəm ki, biz tarixi qələbə qazandıq. Dünya çempionlarını məğlub etdik. Bununla belə, arxayınlaşmaq olmaz. Qarşıda bizi daha ciddi oyunlar gözləyir”.

Federasiya prezidenti millimizin qələbəsinin layiqli olduğunu qeyd edib: “Təbii ki, penaltilər seriyası lotoreyadır. Son Avropa çempionatında 1/4 finalda Qazaxıstana penaltilər seriyasında uduzmuşduq. Bu dəfə penaltilərə hazırlaşmışdıq, həm psixoloji, həm texniki cəhətdən. Millimiz əzmlə, zəhməti hesabına layiqli qələbə qazandı”.

O.Məmmədov növbəti mərhələdəki rəqib barədə də fikirlərini bölüşüb: “Qarşıda bizi daha çətin oyun gözləyir. İngiltərə millisi güclü rəqibdir. Ümumiyyətlə, 1/4 finalda asan rəqib olmur. Komandaya ümidimiz var. Doğma azarkeşlərimiz önündə oynayırıq. Bu, az da olsa üstünlükdür”.

Minifutbol federasiyasının rəhbəri azarkeşlərə çağırış edib: “Fürsətdən istifadə edib azarkeşlərə, fan klublara təşəkkürümü bildirirəm. Zal coşqudan partlayırdı. Oyuna bir neçə saat qalmış bütün biletlər satılmışdı. Bu, insanların minifutbola, Azərbaycan millisinə olan sevgisini göstərir. Çox istərdim ki, azarkeşlər İngiltərə ilə matçda da komandamıza bu cür möhtəşəm dəstək olsunlar”.

“Ötən il rəhbəri olduğunuz “Zirə” futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində penaltilər seriyasında qələbə qazanmışdı. Həmin matçda daha çox həyəcanlanmışdınız, yoxsa Rumıniya ilə görüşdə?” sualını belə cavablandırıb: “Həmin görüş yadımdadır. Qələbə sayəsində pley-off mərhələsinə yüksəlmişdik. Eyni hisslərdir. Sadəcə fərq ondadır ki, burada sevinməyə çox vaxt olmur. Artıq növbəti matçları düşünməlisən. Belə qələbələrə görə futbolu sevməyə, inkişaf etdirməyə dəyər”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri