Icma.az
close
up
RU
Orxan Məmmədov: “Bu görüş bizə keçmişdəki maraqlı oyunları xatırlatdı”

Orxan Məmmədov: “Bu görüş bizə keçmişdəki maraqlı oyunları xatırlatdı”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Çox maraqlı oyun oldu. Azarkeşlər, futbol ictimaiyyəti keçmiş günləri xatırladı, nostalji hisslər yaşadı”.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov dünya çempionatına həsr olunan ölkə futbolunun əfsanələri arasında keçirilən oyun barədə danışarkən deyib.

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Legends Cup”da “Neftçi 2000-lər” və “Premyer Liqa məşqçiləri” qarşılaşıb. Məmmədov bildirib ki, bu cür oyunlar tez-tez keçirilməlidir: “Neftçi”nin, “Qarabağ”ın ulduzlarını gördük. Bu görüş bizə keçmişdəki maraqlı oyunları xatırlatdı. Hesab edirəm ki, bu cür oyunlar tez-tez keçirilməlidir. Dünya çempionatı öncəsi belə bir qarşılaşmanı izləmək azarkeşlər üçün də çox xoş oldu”.

O, azarkeşlərin dünya çempionatında millimizə dəstək olacaqlarına inandığını vurğulayıb: “Matç dostluq şəraitində keçdi. Veteranlarımız, futbol ulduzlarımız azarkeşlərlə ünsiyyətdə oldular. Hər birinə minnətdaram. İnanıram ki, azarkeşlərimiz dünya çempionatında da millimizi dəstəkləyəcəklər. Komandanın buna ehtiyacı var”.

“Veteranların oyununu izləyərkən hansı hisslər keçirdiniz?” sualını federasiya rəhbəri belə cavablandırıb: “Keçmiş xatırladım. Uşaq vaxtı futbol sevgimiz “Neftçi”nin, “Qarabağ”ın oyunlarından başlanırdı. Hamısı xoş xatirələrdir. Yenidən veteranların oyununu izləmək çox xoş oldu”.

Maraqlıdır ki, veteranların görüşündə qələbə qolunu, həlledici penaltini Orxan Məmmədovun rəhbəri olduğu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov vurub: “Bəli, bu da əlamətdar haldır. Rəşad Sadıqov harada olubsa, lider olub. Bu gün yüngül zədəsi olduğu üçün tam gücü ilə oynaya bilmədi”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri