Orxan Məmmədov COP29 çərçivəsində klubların mötəbər toplantısında FOTOLAR
Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.
Məlum olduğu kimi, bu gün “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində xarici futbol klublarının da iştirakı ilə toplantı keçirlib.
Sportal.az xəbər verir ki, toplantının yekununa əsasən, iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaradılb.
“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan alyansda 11 klub - “Qarabağ”’(Azərbaycan), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya), “Malmö” (İsveç) yer alıb.
Qeyd edək ki, toplantıda iştirak edən fəxri qonaqlar arasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov da olub.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















