Icma.az
close
up
RU
Məcnun Məmmədov COP29 çərçivəsində nazirlər görüşündə iştirak etdi FOTOLAR

Məcnun Məmmədov COP29 çərçivəsində nazirlər görüşündə iştirak etdi FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlər Görüşü keçirilib. 

"Unikal" xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib. 

Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbayanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatları və Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlı layihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyaların tətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. 

Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq və su ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir. Bildirilib ki, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatı təcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və su resurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir. İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdə suyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin fəaliyyəti hərtərəfli dəstəklənir. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə iqlimə davamlı təcrübələrə keçmək, yeni texnologiyalar qəbul etmək, məhsuldarlığı artırmaq və ətraf mühitə təsirləri azaltmaq imkanı verir: “Bu səylər fermerlərimizin bu günün çağırışlarına cavab vermək və sabahkı imkanlardan istifadə etmək üçün təchiz olunmasını təmin edir”.

Tədbirdə çıxış edən Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının inkişafının vacib olduğunu deyən uruqvaylı nazir bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarına hərtərəfli və lazımı dəstəyin vacib olduğunu vurğulayıb. 

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirinin müavini Əhməd Bağçı ölkəsində iqlim davamlılığını dəstəkləyən siyasət çərçivələri barədə məlumat verib. O, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyinin təmini üçün kənd təsərrüfatı texnologiyasında yeniliklər, davamlı torpaq və su idarəetmə təcrübələri istiqamətində beynəlxalq əməkdaşlığın mühüm olduğunu vurğulayıb. 

Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kenzhehanuly ölkəsində müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi prosesində olan Qazaxıstan kənd yerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanır.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib. 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri