Icma.az
close
up
RU
Orxan Məmmədov: Minifutbol son illərdə çox inkişaf edib

Orxan Məmmədov: Minifutbol son illərdə çox inkişaf edib

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Sportal.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da iştirak edib. Qonaqları salamlayan qurum rəhbəri son illərdə minifutbolun inkişaf etdiyini bildirib:

"AMF-nın prezidenti və ev sahibi kimi sizləri salamlayıram və uğurlar arzulayıram. Azərbaycan bu cür tədbirə ev sahibliyi etməkdən qürur duyur. Biz bir çox tədbirlər keçiririk, minifutbolu inkişaf etdiririk. Bu tədbir sırf müsabiqə deyil. Biz dostluq yaradırıq, oyunla bağlı öz hisslərimizi gücləndiririk. Minfiutbol son illərdə inkişaf edib. Bu gün biz onun gücünü, insanları ilhamlandırdığını, gənc nəsli istiqamətləndirdiyini görürük.

Biz Avropa çempionatında qalib olmuşduq. Azərbaycan prezidenti və MOK-un prezidenti İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu da idmançılarımız üçün böyük motivasiya vermişdi və ölkəmizdə idmanın inkişafına köməyini göstərmişdi. Azərbaycan bir çox tədbirləri uğurla keçirib. Avropa oyunları, İslam Həmrəylik Oyunları, 2019-cu ildə Avropa Liqasının final görüşü, AVRO-2020 oyunları, Formula 1 qran prisi və s. Əminik ki, Baku-2025 unudulmaz xatirələrlə yadda qalacaq. Mən Dünya Minifutbol Federasiyasına və xüsusən dostum Filip Yudaya təşəkkür edirəm. İstərdim ki, bütün federasiyalara bizə etimad göstərdiklərinə görə minnətdarlığımı bildirim. Gənclər və idman naziri Fərid Qayıbovu salamlayıram, ona minnətdaram. Müntəzəm olaraq, ölkədə idmanın inkişafına öz dəstəyini göstərib, bu cür təbdirlərin qəbul olunmasında vacib rol oynayıb. AFFA rəhbərliyinə də təşəkkür edirəm. Federasiyamızın ilk təsis olunduğu gündən yanımızda olublar. Sponsorlara və komandalara da təşəkkür edirəm. Onlar bugünkü tədbirin, turnirin uğurla keçirilməsində öz səylərini göstərib".

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Mart 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri