Osimhen “Qalatasaray” tarixində rekorda imza atdı
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qalatasaray” Trendyol Super Liqanın ikinci turunda səfərdə “Erzurumspor FK”nı 4:0 hesabı ilə məğlub edib.
Demokrat.az xəbər verir ki, İstanbul klubunun qələbəsində Viktor Osimhen də əsas pay sahiblərindən olub. Nigeriyalı hücumçu qarşılaşmada 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bu nəticə Osimhen üçün xüsusi əhəmiyyət daşıyıb. Hücumçu “Qalatasaray” forması ilə vurduğu qolların sayını 63-ə çatdıraraq klub tarixində ən çox qol vuran əcnəbi futbolçular sıralamasında üçüncü pilləyə yüksəlib.
Milan Baroşu geridə qoydu
Osimhen 63 qolla 61 qol vuran Milan Baroşu geridə qoyub.
“Qalatasaray” tarixində ən çox qol vuran əcnəbi futbolçular siyahısında ilk pillədə 77 qolla Mauro İkardi qərarlaşıb. İkinci sırada isə 72 qolla Qeorqe Haci yer alır.
Nigeriyalı hücumçu yeni mövsümə də məhsuldar başlayıb. O, çempionatın ilk iki turunda 4 qol vurub.
Son 14 oyunda 16 qol
Osimhenin Super Liqadakı son oyunları da diqqət çəkir. 26 yaşlı futbolçu keçirdiyi son 14 matçın 12-də qol vurub.
Bu qarşılaşmalarda ümumilikdə 16 dəfə rəqib qapısına yol tapan Osimhen fərqlənə bilmədiyi iki oyunda isə komanda yoldaşlarına məhsuldar ötürmə verib.
Hücumçunun bu göstəriciləri onun “Qalatasaray”ın əsas qol silahlarından birinə çevrildiyini bir daha nümayiş etdirir.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Osimhen “Qalatasaray” tarixində ikinci pillədədi
11 Noyabr 2025 19:31
Viktor Osimhen Qalatasaray da
19 İyul 2025 22:34
“Qalatasaray”dan Osimhen açıqlaması
09 Sentyabr 2025 14:37
Qalatasaray da Osimhen ŞOKU
17 Sentyabr 2025 16:49
Osimhen Qalatasaray dan gedir?
19 Fevral 2026 21:32
Baxış sayı:152
Bu xəbər 22 Avqust 2026 11:35 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları