Icma.az
close
up
RU
Osimhen “Qalatasaray” tarixində ikinci pillədədi

Osimhen “Qalatasaray” tarixində ikinci pillədədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Qalatasaray”ın göz bəbəyi Viktor Osimhen vacib qollar vurmaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, ünlü nigeriyalı forvard “Göztəpə” və “Bude/Qlimt” ilə son iki oyunda 3 qol vuraraq qələbələrdə mühüm rol oynadı. Bununla da Osimhen İstanbul nəhəngində 50-ci rəsmi oyunda vurduğu qolların sayını 43-ə çatdırdı.
O hazırda orta hesabla hər oyuna 0,86 qol kimi mükəmməl bir göstəriciyə malikdi. Klubun tarixinə nəzər salsaq, hazırda bunun ən yaxşı ikinci göstərici olduğunu görərik. Osimhen bu performansla yalnız Tanju Çolakdan geri qalır. Türkiyə futbolunun əfsanəvi qolçularından olan, hətta “Qızıl buts” da qazanan Çolak “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 150 rəsmi oyunda 137 qol vurub. O, hər oyuna orta hesabla 0,91 qol vurmaqla bu göstəricidə zirvədə qərarlaşıb. 3-cü pillədə isə “Qalatasaray”ın unudulmaz isimlərindən olan Mətin Oktay yer alıb. Oktay 144 oyunda 117 dəfə fərqlənib ki, bu da hər oyuna orta hesabla 0,81 qol deməkdi.
İlk “10-luq”da indiki heyətdə olan daha bir ulduz - Mauro İkardi də yer alıb. Argentinalı forvard 99 oyunda 67 qol vurub və orta hesabla 0,68 qol göstəricisi ilə 8-ci pillədə qərarlaşıb.
Yeri gəlmişkən, Osimhenlə bağlı yeni transfer iddiaları var. O, bu mövsüm sərgilədiyi oyunla yenidən Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb. Ona maraq göstərən klubların başında “Barselona” və PSJ gəlir. Hər iki klub mərkəz hücumçusu ilə bağlı problem yaşayır. Bu üzdən onların 26 yaşlı futbolçuya maraq göstərməsi təəccüb doğurmamalıdı. Amma bu məsələdə əsas söz sahibi, təbii ki, “Qalatasaray”dı.
Yayda 75 milyon avro ödəyərək Osimheni daimi əsasda transfer edən “Cim-Bom” iddialara görə bu futbolçu üçün 140 (!) milyon avrodan aşağı olan heç bir təklifi dəyərləndirməyəcək. Osimhenin Türkiyə çempionu ilə 2029-cu ilə qədər müqaviləsi var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri