Icma.az
close
up
RU
Osimhen yenə qola sevinmədi! bu dəfə nə dedi?

Osimhen yenə qola sevinmədi! bu dəfə nə dedi?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

''Qalatasaray'' Türkiyə çempionatının 24-cü turunda ''Alanyaspor''u 3:1 yenərək liderliyini davam etdirdi.

"Football-plus.az" xəbər verir ki, görüşdə yekun nəticəni müəyyənləşdirən Viktor Osimhenin növbəti dəfə qola sevinməməsi diqqət çəkdi.
Nigeriyalı ulduz ''Yuventus''la səfər oyununda da qoldan sonra sevinməmişdi. O bunu turinlilərin çalışdırıcı Luçano Spallettiyə olan hörməti və ''Yuve''nin azlıqda daha yaxşı oynaması ilə əlaqələndirmişdi. Artıq 27 yaşlı forvardın komandada xoşbəxt olmaması barədə çoxlu şayiələr gəzir.
Osimhen bu dəfə də oyundan sonra jurnalistlərin qarşısına çıxıb. Təbii ki, ona yenə qola sevinməməsi barədə sual verilib. O, həm bu mövzuya, həm ona kapitanlıq sarğısını uzadan İlkay Gündoğana sarğını geri qaytarmasına, eləcə də digər mövzulara toxunub:

''Qola sevinməməyimin heç kimlə əlaqəsi yoxdu. Hər futbolçuda müəyyən duyğusallıq var. Burda xoşbəxtəm. Əksər vaxtlarda qollara sevinirəm. Amma bəzən sevinmədiyim anlar da olur. Son oyunda müəyyən səbəblərə görə bir qədər duyğusal idim. Amma gəldiyim gündən bəri həm mən, həm də ailəm burda xoşbəxtik. Burdakı insanlar bizim üçün hər şeyi asanlaşdırırlar. Təbii ki, içimdən gələndə maskanı çıxarıb qola sevinirəm. Amma sevinməməyim də o demək deyil ki kimləsə problemim var. Klubumu, məşqçimi, fanatlarımızı və başqanımı sevirəm. İşlər qarşılıqlı sevgi və hörmət əsasında davam edir. Növbəti tur bizi ''Beşiktaş''la derbi gözləyir. Böyük oyun olacaq. Onların stadionunda bizi güclü komandaya qarşı ciddi sınaq gözləyir. Amma biz də səviyyəli komandayıq. Özümüzə güvənirik və ora yalnız 3 xal üçün yollanacağıq. ''Beşiktaş''dan sonra ''Liverpul'' ilə oyun var. Pillə-pillə irəliləməliyik. İlkay Gündoğana böyük hörmətim var. Milyonlarla futbolsevərin tanıdığı dünya səviyyəli, dəyərli futbolçudu. Həm də inanılmaz insandı. Hər zaman sakit və motivasiyalıdı. Hər birimiz istədiyimiz vaxt ona ürəyimizi aça bilərik. Çox təcrübəlidi. Topu qəbul etmədən artıq növbəti addımını bilir. Açığı, sarğını mənə gətirəndə bir qədər qəribə hisslər keçirdim. Amma bizə liderlik etməsi üçün sarğını yenidən onun qoluna taxdım. Hər oynadıqda yarımmüdafiədə bizə güc verən, hörmətə və sevgiyə layiq bir insandı. Bu üzdən ona olan hörmətimə görə sarğını qəbul etmədim və özünə qaytardım. Fanatların mənim üçün hazırladıqları pankartdan xəbərim yox idi. Mənim üçün xoş sürpriz oldu. Zatən gəldiyim gündən bəri onların mənim üçün etdikləri hər şey inanılmazdı. Bunu anlatmaq üçün kəlimələr yetərsizdi. Futbolçularla əla münasibət qurmağı bacaran fanatlarımız var. Çox xoşbəxtəm. Pankartda yazdıqlarına da zatən qatılıram. Biz bir ailəyik və ailə hər şeydən önəmlidi. Yaxşı və ya pis gündə hər zaman bizim arxamızdadılar. Onlarla birləşərək mübarizəmizi davam etdiririk''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Mart 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri