Icma.az
close
up
RU
Osimhenə “elçi düşənlər”: almaq və “qaçırmaq” istəyənlər

Osimhenə “elçi düşənlər”: almaq və “qaçırmaq” istəyənlər

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Danılmaz həqiqətdir ki, son mövsümü icarə əsasında “Qalatasaray”da keçirən Viktor Osimhen nümayiş etdirdiyi möhtəşəm oyunla türkiyəli futbol azarkeşlərinin şüurunda alovlu iz buraxdı. Hətta çoxları “Qalatasaray”ın Super Liqa çempionluğunda ən böyük pay sahibi kimi Osimheni ön plana çəkir, onun vurduğu qollardan, etdiyi ötürmələrdən hərarətlə danışır. Çünki nigeriyalı futbolçu Türkiyənin digər böyük klublarının hücum xəttindəki oyunçulardan müqayisə edilməz dərəcədə yaxşı futbol oynadı.

Hərçənd, indi Osimhen olduqca dolaşıq və qarmaqarışıq bir vəziyyətin içindədir. Belə ki, Səudiyyə Ərəbistanından ard-arda ona gələn və yüksələn templə davam edən təkliflər “cimbom” azarkeşlərinin əsəblərini yay kimi tarıma çəkib. Çünki onlar hər necə olsa da, sevimli oyunçularının doğma komandalarında qalmasını istəyirlər. Elə Osimhen özü də hər dəfə “Qalatasaray” və İstanbulla bağlı danışanda onun sözlərində məmnuniyyət və həlimlik hiss olunur.

Osimheni heyətinə qatmaqda israrlı olan əsas klub “Əl-Hilal”dır və onlar nə az-nə çox, düz altı dəfə futbolçunun məxsus olduğu “Napoli”yə təklif yollayıblar və bildiriblər ki, Osimhenə fövqəladə dərəcədə çox maaş (illik 160 milyon avro) verməyə hazırdırlar. Lakin 26 yaşlı futbolçu Ərəbistanda oynamağa isti baxmır. Bununla belə, ərəblər pulun məbləğini artıra-artıra gedirlər və sanki Osimheni transfer etmək onlar üçün milli səciyyəli bir şeydir.

Digər tərəfdən, ən son məlumatlar İngiltərə nəhəngi “Liverpul”un da Osimhen mübarizəsinə qoşulduğunu göstərir. Onun transferi üçün “Napoli”yə ağızları açıq qoyacaq qədər transfer haqqı ödəməyə hazır olduqları söylənilir.

İspaniya mətbuatında yer alan xəbərdə isə vurğulanır ki, Madrid “Real”ında yeni baş məşqçi təyin olunan Xabi Alonso da rəhbərlikdən Osimhen transferini həyata keçirmək üçün əməli addımlar atmasını istəyib.

Bu lap elçiləri çox olan, atası seçim etməyə çətinlik çəkən bir qızın əhvalatına bənzəyir. Və bu məqamda biri meydana çıxıb qəti bir həmləylə “qızı” – Osimheni qaçıra, digər “elçiləri” – rəqibləri ürəklərinin ən dərin qatına qədər məyus edə bilər.

Çox çətin məsələdir, bu müşküldən heç kəs baş çıxara bilməz.

Orxan İsmayılov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 İyun 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri