İngiltərə nəhəngi Osimhenə elçi düşdü
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin "Arsenal" klubu Türkiyənin "Qalatasaray" komandasında çıxış edən hücumçu Viktor Osimhenin mümkün transferi ilə bağlı danışıqlara başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 27 yaşlı nigeriyalı futbolçu London təmsilçisinin hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən birinə çevrilib.
"Arsenal" digər transfer hədəfləri ilə danışıqlarda yaranan çətinliklərdən sonra Viktor Osimhenə diqqət yönəldib. Əvvəlcə London klubunun əsas transfer hədəfinin Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares olduğu bildirilsə də, İspaniya təmsilçisi argentinalı futbolçunu satmaq istəmir.
Osimhenin adı "Arsenal" və "Qalatasaray" arasında bir neçə futbolçu ilə bağlı aparılan danışıqlar zamanı gündəmə gəlib. Türkiyə klubu daha əvvəl Qabriel Martinelli üçün 45 milyon avro təklif edib. "Arsenal" isə 19 yaşlı İtan Nvanerini 40 milyon avro qarşılığında İstanbul təmsilçisinə göndərməyə hazırdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Avqust 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















