Icma.az
close
up
RU
“Oskar” İran və Rusiyaya qarşı

“Oskar” İran və Rusiyaya qarşı

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

• “Buqoniya” (Yorqos Lantimos)
• “F1” (Cozef Kosinski)
• “Frankenşteyn” (Gilyermo del Toro)
• “Hamnet” (Xloya Çjao)
• “Möhtəşəm Marti” (Coş Safdi)
• “Döyüş ardınca döyüş” (Pol Tomas Anderson)
• “Məxfi agent” (Kleber Mendonsa Filyo)
• “Sentimental dəyər” (Yoakim Triyer)
• “Günahkarlar” (Rayan Kuqler)
• “Arzu qatarı” (Klint Bentli)
Rayan Kuqlerin “Günahkarlar”ı ("Sinners") nominasiyaların sayı üzrə mütləq çempiondur. Film 16 nominasiyada irəliyə sürülməklə indiyə qədərki bütün rekordları təzələyib.
İkinci yerdə Pol Tomas Andersenin “Döyüş ardınca döyüş”ü gəlir. Baş rolu Leonardo Di Kaprionun canlandırdığı film “Qızıl Qlobus”un əsas favoriti olmuşdu. Həmin mükafat isə adətən “Oskar” üçün əsas oriyentir sayılır.
“Ən yaxşı sənədli film” nominasiyasında elan olunan “Cənab Heç Kim Putinə qarşı” ("Mr. Nobody Against Putin") əsas siyasi intriqalardan biridir. Film Pavel adlı orta məktəb müəlliminin Rusiyada yürüdülən hərbi təbliğatı necə ifşa etməsi haqqındadır. “Sandens” festivalının açılışı bu filmi nümayişi ilə baş tutmuşdu.
Digər siyasi intriqa isə “Ən yaxşı xarici film” nominasiyasında Fransanı iranlı rejissor Cəfər Pənahinin təmsil etməsidir. Onun dövlətin vətəndaşa qarşı zorakılığını tənqid edən və qadınların hicabsız oynadığı “Sadəcə təsadüf” filmi ötən il Kann festivalının əsas mükafatına və sürəkli alqışlara layiq görülmüşdü. Ötən ay isə İranda Pənahi ilə bağlı növbəti dəfə həbs qərarı çıxarıldı.
"Sadəcə təsadüf" filmindən kadr
2022-ci ildə Pəhnahi İranda həbs olunmuş, həbsxanada keçirdiyi aclıq aksiyasından sonra 2023-cü ilin fevralında azadlığa buraxılmışdı. Ali Məhkəmə ona kino çəkməyi qadağan edib. Buna görə də rejissor filmlərini gizli çəkir. Son filmdə Pənahi üslubunu dəyişib: yarımsənədli formatdan imtina edib və kameranı əsasən aktyorlara yönəldir.
“Sadəcə təsadüf” filminin qısa məzmunu belədir: İqbal ailəsi ilə səyahət edərkən gecə maşınla yoldakı iti vurur. Bundan sonra Vahid adlı ustadan maşına baxmasını xahiş edir. Vahid vaxtilə həbsxanada ona və dostlarına işgəncə vermiş İqbalı tanıyır. Növbəti gün onu oğurlayır və diri-diri basdırmağa hazırlaşır. Amma içində bir qədər şübhə də var, çünki həbsxanada ona işgəncə verilərkən gözləri bağlı idi (Bu epizodu Cəfər Pənahi şəxsi təcrübəsindən götürüb. Rejissor müsahibəsində deyib ki, istintaqda onların gözləri bağlı olurdu, ancaq tualetə gedəndə gözlərini açmağa icazə verirlər).
Ələ keçirdiyi adamın məhz onlara işgəncə vermiş şəxs olduğunu dəiqləşdirmək üçün Vahid keçmiş həbsxana yoldaşları ilə bir-bir əlaqə yaradır. Onların hər birinin İqbal ilə haqq-hesab çəkmək üçün ayrca səbəbi var. Amma bu arada İqbalın arvadının doğum sancıları başlayır...
Film İran reallığı üçün son dərəcə kəskin olan iki sualı qaldırır:
• Sistem niyə insanları bir-birinə qarşı vəhşiliyə vadar edir?
• Sistemin təsirilə bizə pislik edənlərdən qisas almalıyıqmı?

Cəfər Pənahi deyir ki, filmi o yox, onu həbs edən İslam Respublikası çəkib: “Əgər onlar bizim sistem üçün təhlükəli olmağımızı istəmirlərsə, həbsxanaya atmasınlar”.
Yada salaq ki, Pənahinin dostu, İrandan olan digər mühacir rejissor Məhəmməd Rəsulofun “Müqəddəs əncir ailəsi” filmi də Almaniyadan “Oskar”a namizəd göstərilmişdi.
Vüsal Məmmədov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Fevral 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri