Oskar mükafatlı 91 yaşlı əfsanə qaranlığa qərq olub: Görmürəm
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya kinosunun tanınmış simalarından olan 91 yaşlı britaniyalı aktrisa Cudi Denç görmə qabiliyyətinin kəskin zəifləməsi səbəbindən aktyorluq fəaliyyətini davam etdirə bilmədiyini açıqlayıb.
Bizim.Media xarici mətbuara istinadla xəbər verir ki, o, artıq səhnəyə çıxa bilməyəcəyini bildirib.
Teatr tamaşasında oynaya, filmə çəkilə və kitab oxuya bilmirəm, – deyə aktrisa müsahibəsində bildirib.
Denç 2012-ci ildə yaşla əlaqəli makula degenerasiyası diaqnozu alıb. Gözün mərkəzi görməsinə təsir edən bu xəstəlik zaman keçdikcə onun həm peşəkar fəaliyyətini, həm də gündəlik həyatını çətinləşdirib.
Aktrisanın sözlərinə görə, o, artıq insanların üzlərini aydın seçə bilmir. Bəzən tanıdığı insan olduğunu düşünərək yad şəxslərə yaxınlaşır, onları qucaqlamaq istəyir və sonradan səhv etdiyini anlayır. Müsahibə zamanı aparıcının üzünü belə görə bilmədiyini deyib.
Cudi Denç görmə qabiliyyətinin zəifləməsindən danışarkən bu ilin yayında çiçək açan zınqırovçiçəkləri görə bilməməyinə də təəssüfləndiyini bildirib. Bununla belə, aktrisa yaddaşında qalan mənzərələrə söykəndiyini deyib.
Yetmiş ildən çox davam edən karyera
Cudi Denç yeddi onillikdən artıq müddətdə teatr və kino sahəsində fəaliyyət göstərib. O, “Şekspir aşiqdir” filmində kraliça I Elizabet obrazına görə “Oskar” mükafatına layiq görülüb.
Aktrisa, həmçinin “Ceyms Bond” film seriyasında kəşfiyyat rəhbəri “M” obrazı ilə milyonlarla tamaşaçının yaddaşında qalıb və səkkiz filmdə bu rolu canlandırıb.
Denç Şekspirin Cülyetta, Ledi Maqbet və Kleopatra kimi məşhur obrazlarını da səhnədə oynayıb.
Bizim.Media
Baxış sayı:108
Bu xəbər 25 Oktyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















