Icma.az
close
up
RU
Oslo fiaskosu və Spallettinin istefası

Oslo fiaskosu və Spallettinin istefası

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son iki mundialdan kənar qalmaqla fanatlarına böyük üzüntü yaşadan İtaliyanın bu dəfə ilk turdan məsələyə ciddi yanaşacağını gözləmək olardı. Amma italiyalılar əksinə, seçmə mərhələyə şok məğlubiyyətlə start verdi.

"Football-plus.az" xəbər verir ki, Osloda “skuadra adzurra” aşkar favorit sayılmırdı. Amma komandanın darmadağın olacağını da az adam proqnozlaşdırardı. Əla nəsil yaxalayan və yüksəlişdə olan Norveç əsas ulduzları ilə İtaliyanı “kötəklədi”. Sörlot ilə Holanndan başqa “Leyptsiq”li Nusa da adını tabloya yazdırdı.
Bir neçə gün öncə Çempionlar Liqasının qalibi olan və finalda qapısını toxunulmaz saxlayan Donnarumma bu dəfə bir hissəyə 3 top buraxdı! Bundan əvvəlki seçmə mərhələni də nəzərə alsaq, İtaliya tarixində ilk dəfə DÇ-nin seçmə mərhələsində ardıcıl 3 oyunda qol vura bilmədi və ardıcıl 2 oyunda məğlub oldu! Bundan başqa, italiyalıların mundialın seçmə mərhələsindəki bir matçın ilk hissəsində 3 top buraxmasına daha əvvəl heç vaxt rast gəlinməmişdi. Digər qarşılaşmada İsrail Tallində əzmkar qələbə qazanaraq qrupda vəziyyətini yaxşılaşdırdı.
4-cü turda İtaliya Moldovanı qəbul etdi. Bu matçın Luçano Spallettinin yığmadakı son oyunu olacağı artıq dəqiq idi. Çünki təcrübəli mütəxəssis Oslodakı fiaskodan sonra federasiya rəhbəri ilə danışacağını bildirərək istefa verməyə hazır olduğuna işarə vurmuşdu. Bu oyunda da apenninlilər ideal oyun sərgiləmədilər və fanatlarını ilk yarının sonlarına qədər intizarda saxladılar. Amma sensasiya baş vermədi. Raspadori qələbənin əsasını qoydu.
“Napoli”nin forvardı yığmada debüt etdiyi 2021-in iyunundan bəri İtaliyanın heyətində ən çox (9) qol vuran futbolçudu. 2 cavabsız qolla qalib gələn İtaliya Spallettini qələbə ilə yola saldı və qrupda ilk xallarını qazandı. Amma Norveç fırtına kimi əsməkdə davam edir. Tallini Holannın qolu ilə fəth edən skandinaviyalılar qrupdakı 4-cü oyunda da xal itirmədilər! 24 yaşlı qoleador yığmada ardıcıl 6-cı oyunda da fərqləndi.
Ümumilikdə isə o, Norveçin heyətində keçirdiyi 43-cü oyunda 42-ci qolunu vurdu. Stole Solbakkenin komandası inamla turnir cədvəlinə başçılıq etsə də, vaxtından tez rahatlaşmamalıdı. Çünki Norveç hələ heç pley-offa vəsiqəni də təmin etməyib.
İ qrupu 
3-cü tur
Norveç – İtaliya 3:0 (3:0)

Norveç: Nyulann, Ryuyerson, Ayer, Heqqem (Estiqor, 71), Volfe (Pedersen, 75), Berqe, Torsbi (Berq, 46), Edeqor, Nusa (Bobb, 75), Sörlot (Larsen, 83), Holann.
İtaliya: Donnarumma, Zappakosta (Orsolini, 71), Di Lorentso, Koppola, Bastoni, Udoci (Dimarko, 83), Rovella (Frattezi, 46), Tonali, Barella, Raspadori (Riççi, 83), Reteqi (Lukka, 71).
Qollar: Sörlot, 14 (1:0). Nusa, 34 (2:0). Holann, 42 (3:0).
Vərəqələr: Torsbi, 38. Berq, 55 – sarı.
Hakim: Xose Sançes (İspaniya).
6 iyun. Oslo. 25796 tamaşaçı. 
Estoniya – İsrail 1:3 (1:1)
Estoniya: Heyn, Şyönninq-Larsen, Paskotski, Kuusk, Saliste (Yeppihin, 81), Şeyn, Soomets (Kristal, 55), Yakovlev (Saarma, 72), Kayt (Aynsalu, 81), Sinyavski, Tamm (Anier, 72).
İsrail: Daniel Perets, Dasa, Naçmias, Şlomo, Solomon (Abada, 90), E.Perets (Jaber, 67), Abu Fani (Levi, 90), Revivo, Qlux, Biton (Dor Perets, 72), Turqeman (Xalaili, 67).
Qollar: Kayt, 31 (1:0). Biton, 39 (1:1). Biton, 49 (1:2). Abu Fani, 89-p. (1:3).
Vərəqə: Heyn, 87 – sarı .
Hakim: Villi Delajo (Fransa). 
6 iyun. Tallin. 5697 tamaşaçı. 
4-cü tur
İtaliya – Moldova 2:0 (1:0)

İtaliya: Donnarumma, Kambyaso, Di Lorentso, Bastoni, Ranyeri (Koppola, 83), Dimarko (Orsolini, 46), Riççi (Barella, 46), Frattezi, Tonali, Raspadori (Maldini, 77), Reteqi (Lukka, 71).
Moldova: Avram, Platika, Babolyo, Mudrak, Dumbravanu, Ryabçuk, İonita (Dros, 72), Bodiştyanu (Motspan, 58), Kaymakov (Stina, 66), Postolaki (Perçun, 66), Nikolaesku (Damaşkan, 72).
Qollar: Raspadori, 40 (1:0). Kambyaso, 50 (2:0).
Vərəqələr: Nikolaesku, 81. Frattezi, 85 – sarı.
9 iyun. Recco nel`Emiliya. 18771 tamaşaçı. 
Estoniya – Norveç 0:1 (0:0)
Estoniya: Heyn, Şyönninq-Larsen, Paskotski, Kuusk, Saliste (Saarma, 84), Şeyn, Palumets (Poom, 90), Kristal (Anier, 84), Kayt (Miller, 46), Sinyavski, Sappinen (Tamm, 84).
Norveç: Nyulann, Ryuyerson, Ayer, Heqqem, Volfe (Estiqor, 90), Berqe, Torsbi (Bobb, 46), Edeqor, Nusa (Yonsen, 68), Sörlot (Larsen, 82), Holann.
Qol: Holann, 62.
Vərəqələr: Volfe, 49. Sappinen, 55 – sarı. 
Hakim: Srcan Yovanoviç (Serbiya). 
9 iyun. Tallin. 11577 tamaşaçı. 
1. Norveç 4 4 0 0 13-2 12
2. İsrail 3 2 0 1 7-6 6
3. İtaliya 2 1 0 1 2-3 3
4. Estoniya 4 1 0 3 5-8 3
5. Moldova 3 0 0 3 2-10 0
5 sentyabr: İtaliya – Estoniya, Moldova – İsrail.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyun 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri