Luçano Spallettinin taleyinə aydınlıq gətirildi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Yuventus”un idman direktoru Corco Kellini yanvar ayından gündəmdə olan məsələyə aydınlıq gətirərək, baş məşqçi Luçano Spalletti ilə əməkdaşlığın davam edəcəyini təsdiqləyib.
İdman.Biz “Sky Sports” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi mütəxəssislə yeni müqavilə imzalamaq üçün hazırlıqlara başlayıb.
Kellini bu məsələnin heç vaxt şübhə doğurmadığını bildirib:
“Luçano Spalletti ilə yeni müqavilə məsələsi heç vaxt sual altında olmayıb. Bu, bizim əsas prioritetlərimiz sırasındadır. Yaxın vaxtlarda bir araya gələrək müqavilənin
detallarını müzakirə edəcəyik”.
Qeyd edək ki, “Yuventus” rəhbərliyi yanvar ayından bəri Spallettinin komandadakı gələcəyi ilə bağlı müsbət rəylərini bölüşürdü. Rəsmi görüşün qısa müddətdə baş tutacağı və yeni müqavilənin şərtlərinin dəqiqləşəcəyi gözlənilir.
Baxış sayı:173
Bu xəbər 26 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















